Sosial

Martın 20-də Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə Bakının Buzovna və Şüvəlan qəsəbələrindəki bir sıra internat evlərində və məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara hədiyyələr paylamışlar.Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqların bayram sevincini qat-qat artırmışdır...

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı ərəfəsində - martın 19-da Təhsil Nazirliyinin Suraxanı rayonundakı 2 nömrəli, Xətai rayonundakı 3 nömrəli uşaq evlərində, Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində, Səhiyyə Nazirliyinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq dispanserində və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların "Dəcəllər" klubunda olmuş...

Heydər Əliyev Fondu bir sıra rayonlarda infrastruktur şəbəkələrinin yenidənqurulması istiqamətində işlər həyata keçirir. Qeyd olunan istiqamət üzrə Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 minə yaxın əhalinin yaşadığı əraziyə su təminatı üçün Bakı-Astara yolunun 14-cü kilometrliyindən başlayaraq uzunluğu 8 km-ə qədər olan su kəməri çəkilir və yaxın günlərdə istifadəyə veriləcəkdir...

Fevralın 26-da Xocalı faciəsinin 13-cü ildönümü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Xətai rayonundakı “Vətən harayı” abidəsinin önünə əklil qoyulmuşdur. Əvvəlki gün isə Fondun nümayəndələri Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə görüşmüşlər...

001.jpg

Heydər Əliyev Fondu "Gülüstan" sarayında müxtəlif orta məktəblərdə təhsildə xüsusilə fəqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlikləri keçirir. Şənliklərə minlərlə uşaq dəvət olunmuşdur. Yanvarın 3-də Fondun prezidenti, Azərbaycan Respublikası Prezidentinin xanımı ...