Background Image
Previous Page  15 / 60 Next Page
Information
Show Menu
Previous Page 15 / 60 Next Page
Page Background

13

İlk aylardan işlədiyi mədəndə hörmət qazana bildi. İşləri qayda-

sında gedirdi, yaxşı məvacib alırdı və qazandığı puldan hər ay ana-

sına da göndərirdi. Mədənin rəhbərliyi məvacibini saxlamaq şərti ilə

Əlibabaya Aşqabada gedib ali təhsil almağı təklif etdi. Bu təklif onun

ürəyincə idi, dörd il oxuyub ali təhsil alacaqdı. O, bu barədə anasına

məktub yazıb onun razılığını da almışdı. Lakin Aşqabadda baş verən

dağıdıcı zəlzələ hər şeyi alt-üst etdi. Beləliklə də Əlibabanın ali təhsil

almaq, yüksəkixtisaslı neftçi olmaq istəyi baş tutmadı. Bu hadisədən

sonra Əlibaba Vətənə döndü. Düşünürdü ki, neft mədənlərinin birində

işləyəcək, ancaq bir də gözünü açıb özünü incəsənət aləmində gördü.

O, musiqi dəstələrindən birinə qoşularaq toylara getməyə başladı. Bir

neçə il nağara ifaçısı kimi çalışdı, sonra o zamanlar çox dəbdə olan

klarnet alətində ifa etməyə başladı. O toylarda Əlibabanın qəlbində

ancaq özünün eşidə biləcəyi bir SƏS də elə hey oxuyurdu. Nəğmə ilə

yüklənmiş bu SƏS artıq qəfəsinə sığmırdı, azadlığa can atırdı.