Background Image
Previous Page  17 / 60 Next Page
Information
Show Menu
Previous Page 17 / 60 Next Page
Page Background

15

Əlibaba "Çahargah" dəstgahını oxuyub bitirdi.Muğamın "Bəstə-Ni-

gar" şöbəsində özündən düzüb-qoşduğu "Bülbüllər uçdu bağa" misrası

ilə başlanan bir təsnif də oxudu. Zülfü Adıgözəlov gəncin oxumağın-

dan xoşhal olub, ondan soruşdu ki, muğamatı kimdən öyrənib.

Əlibaba:

- Əmim Güləhməddən, - dedi.

- Maştağalı xanəndə Güləhməd sənin əmindi?

- Bəli.

- Oxuduğun təsnif kimindi? Heç eşitməmişəm.

- Zülfü müəllim, o təsnifi mən özüm düzəltmişəm.

- Çox yaxşı, səni təbrik edirəm. Özün də sabah filarmoniyaya gələr-

sən, səni estrada şöbəsinə götürürük. Əminə də məndən salam söylə.

Əlibaba sağollaşıb çıxdı. On doqquz yaşlı gəncin uçmağa qanadı

yox idi. Filarmoniyaya işə götürüldüyü gün onun taleyində ən unudul-

maz gün oldu. Bu tarix onun ömür və sənət yolunun başlanğıcı idi – 5

oktyabr 1949-cu il.