Background Image
Previous Page  16 / 60 Next Page
Information
Show Menu
Previous Page 16 / 60 Next Page
Page Background

14

1949-cu il idi. Mədəniyyət evlərinin birinin qarşısında elan asıl-

mışdı və Əlibaba da təsadüfən bu elanı oxumuşdu. Elanda musiqi

qabiliyyəti olan gənclər müsabiqədə iştirak etməyə dəvət olunurdu.

Əlibaba elanı oxuyub bəxtini sınamaq qərarına gəldi. Bir neçə gündən

sonra müsabiqəyə gəldi və münsiflər heyəti iştirakçılarından ancaq

Zülfü Adıgözəlovu tanıdı. Çünki bu ustad xanəndəni əmisigildə, kənd-

lərindəki toy məclislərində çox görmüşdü. Nəhayət, növbə ona çatdı.

Zülfü bəy Əlibabadan:

- Oğul, nə oxumaq istəyirsən? - soruşdu.

- "Çahargah".

Xanəndənin qaşları çatıldı:

- "Çahargah" çətin muğamdı, bəlkə başqasını oxuyasan.

Əlibaba şəstlə dedi:

- Ustad, mənim üçün ən çətini sizin qarşınızda oxumaqdı.

Zülfü bəy məmnun-məmnun gülümsədi:

- Yaxşı, buyur oxu, "Çahargah"ına qulaq asaq.

Zülfü Adıgözəlov və Bəhram Mansurov