Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
118
qalmış kəndlərinin siyahısı” – hər kəndin və yaşayış nahiyəsinin daxil olduğu
cəmiyyətin və polis nahiyəsinin adı, həmçinin əhalisinin etnik mənsubiyyəti
göstərilməklə; № 4 – “Quba qəzasının 1918-ci ilə olan xəritəsi” – Quba
qəzasının qırğınlara məruz qalmış bütün yaşayış məskənləri göstərilməklə.
Kitaba daxil edilmiş İnzibatı-coğrafi adlar göstəricisi 1918-ci ildə Quba
qəzasının tərkibinə daxil olan və sənədlərdə adları çəkilən, o cümlədən
ermənilərin hücumuna məruz qalmamış, bütün yaşayış nahiyələri haqqında
informasiyanı əks etdirir. Göstəriciyə həmin yaşayış nahiyələrinin müasir
inzibati-ərazi bölgüsü üzrə məlumat da daxil edilmişdir. Qeyd olunmalıdır ki,
Göstəricidə “bu gün mövcud deyildir” kimi qeyd edilmiş kəndlərin əksəriyyəti
1918-ci ildə tamamilə viran edilmiş və sonradan bərpa olunmamışdır.
Göstəricidə həmçinin sənədlərdə xatırlanan digər inzibati-coğrafi adlar
haqqında məlumatlar verilir.
Sənədlərdə mətn üzrə qeydlər rəqəmlərlə işarələnmiş və kitabın so-
nuna çıxarılmışdır.
Sənədlərin dili və üslubu olduğu kimi saxlanılmışdır.
Azərbaycan Demokratik Respublikası hökumətinin Fövqəladə Təhqiqat
Komissiyasının yaradılması haqqında 15 iyun 1918-ci il tarixli rəsmi sənədləri
topluda ayrıca olaraq təqdim edilmişdir.
Sənədlər toplusuna aşağıdakı məzmunda foto-şəkillər daxil edil-
mişdir: köhnə Qubanın və Quba qəzasında yaşayan müxtəlif millətlərin
nümayəndələrinin şəkilləri; FTK-na ifadə vermiş Quba sakinlərinin şəkilləri,
FTK sənədlərinin və Kilvar kəndinin erməni sakinlərinin məktubunun foto-
surəti; 2007-ci ildə arxeoloji qazıntılar zamanı tapılmış kütləvi məzarlıqların
təsvir edildiyi şəkillər.
Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyası
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi




