Background Image
Previous Page  119 / 324 Next Page
Information
Show Menu
Previous Page 119 / 324 Next Page
Page Background

115

şəhər ruhanilərinin, habelə Bakı hakimiyyətinin nümayəndəsi David Ge-

lovaninin ifadələri (Sənədlər №№ 56, 61, 68, 69, 70) xüsusi əhəmiyyət

kəsb edir, belə ki, həmin ifadələrdə Quba şəhərində törədilən müsəlman

qırğınların birbaşa təşkilatçılarının – Şaumyanın və Korqanovun adları çəkilir

və Amazaspın cəza missiyasının əsil məqsədi – müsəlman əhalisinin kütləvi

şəkildə qırılması – açıqlanır. Qeyd etmək lazımdır ki, əsas şahidlərdən biri

– Quba şəhərinin şiə cəmiyyətinin başçısı Molla Hacı Baba Axundzadə

A.F.Novatski tərəfindən Bakıda, onun müvəqqəti olaraq yaşadığı Təzə Pir

məscidində ifadəsi alınmışdı və bu da istintaq üçün xüsusi əhəmiyyət daşıyan

sənədin alınması üçün müstəntiqin öz işinə nə qədər dəqiq yanaşdığının ba-

riz nümunəsi idi.

Fəslin 2-ci hissəsi Amazaspın erməni dəstələrinin hücumu zamanı

Quba şəhərinin sakinlərinə vurulmuş zərərlər, müxtəlif xarakterli itki və zi-

yanlar haqqında sənədlərdən ibarətdir. Bu sənədlər arasında Quba şəhərinin

1-ci, 2-ci, 3-cü, 4-cü hissələri üzrə zərərçəkənlərin adları, qarət edilmiş və

məhv edilmiş əşyaların adı və dəyəri göstərilən ümumi siyahılar, ayrı-ayrı

vətəndaşların müraciət və ərizələri vardır. Dəymiş zərərlər haqqında hər

bir ümumi siyahı şəhərin müvafiq hissəsinin məhəllə mollasının imzası ilə

təsdiq edilmişdir, bu siyahılar həmçinin ermənilər tərəfindən qətlə yetirilmiş

sakinlərə vurulmuş zərərlər haqqında məlumatları da əks etdirir.

Ümumi siyahılardan başqa ayrı-ayrı vətəndaşlar tərəfindən Komissiya-

ya daxil olmuş müraciət və ərizələrdə də qarət edilmiş əşyaların adları, onların

hər birinin ayrılıqda dəyəri və zərərin ümumi həcmi göstərilir, bəzi hallarda

zərərin hansı şəraitdə vurulduğu təsvir edilir. Ərizələrdən göründüyü kimi,

qarətlərə və basqınlara şəhərin bütün təbəqələrinin həm zəngin, həm də

kasıb nümayəndələri məruz qalmışlar. Şəhər rəisi Ə.b.Əlibəyovun özünün,

Quba şəhəri və qəza xəfiyyə idarəsinin rəisi Məcid Qasımovun evləri qarət

edilmiş, habelə məşhur bəy nəsillərinin nümayəndələrinin – Şıxlar bəylərinin,

İbrahimbəyovların və digərlərinin evləri, o cümlədən Ə.b.Zizikskinin evi

yandırılmış və qarət edilmişdi. Bu sənədlərin arasında Quba qəzasının bay-

tar həkimi O.O.Qankın çox müfəssəl yazılmış ərizəsi maraq doğurur, belə ki,

bu ərizədə Gelovaninin və ermənilərin dəstələri geri çəkilən zaman, şəhərin

bombalanması və yandırılması təhlükəsi altında, Qubanın dinc xristian

əhalisinin zorla çıxarılması faktı öz təsdiqini tapır. Bu sənəddən aydın olur ki,

Qubadan qaçan xristianların dəstəsindən qadınlara və uşaqlara heç bir xətər

yetirilməmişdir və onlar ləzgilər tərəfindən şəhərə qaytarılaraq İbrahim bəy

Şıxlarskinin evinə gətirilmişlər.

Kitabın

III fəsli

iki hissədən ibarət olmaqla Quba qəzasının kəndlərinin

talan edilməsi haqqında sənədləri əhatə edir. 1-ci hissədə kənd cəmiyyətləri

starşinalarının və kənd sakinlərinin şahid ifadələri verilir, Amazaspın

dəstələrinin Bakıdan Qubaya və əks istiqamətdə bütün yolboyu Quba qəzası

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi