Background Image
Previous Page  121 / 324 Next Page
Information
Show Menu
Previous Page 121 / 324 Next Page
Page Background

117

edilmiş və qismən rus dilinə tərcümə olunmuşdur. Mümkündür ki, məhz bu

məqam bəzi kəndlərin adlarının FTK-nın sənədlərində, o cümlədən Novats-

kinin məruzəsində təhrif olunmasına səbəb olmuşdur. Həmçinin, əvvəlcədən

Komissiyaya göndərilən siyahılarda adları çəkilən zərərçəkmiş kəndlərin

cəmiyyətlərinin bir hissəsi qərar təqdim etməmişlər. (Sənəd № 23, 24, 25)

Nəticədə, siyahılarda göstərilmiş, lakin qərarlarını təqdim etməmiş kəndlər

zərər çəkmiş kəndlərin Novatskinin məruzəsində göstərilən siyahısına

düşməmişdir. Görünür ki, Novatski siyahını tərtib edərkən bütün tələb olu-

nan məlumatların göstərildiyi rəsmi sənədə əsaslanmışdır. Bu səbəbdən,

Amazaspın erməni dəstələrinin hücumu zamanı Quba qəzasının zərər çəkmiş

kəndlərinin ümumi sayı Novatskinin məruzəsində dəqiq göstərilməmişdir.

Belə ki, istintaq işində həm Azərbaycan, həm də rus dilində olan bü-

tün sənədlər müqayisə və təhlil edilərkən müəyyən olunmuşdur ki, 1918-

ci ilin aprel-may hadisələri zamanı Quba şəhəri nəzərə alınmadan, Quba

qəzasında, 122 deyil, 167 kənd və yaşayış məskəni talan və qırğınlara məruz

qalmışdır.

Həmçinin, Novatskinin məruzəsində Quba hadisələri zamanı qətlə

yetirilənlərin (60 nəfər) və yaralananların (53 nəfər) sayı düzgün göstəril-

məmişdir. Sənədlərdən göründüyü kimi, yalnız starşinalar tərəfindən təqdim

edilən adbaad düzəlmiş siyahılar üzrə Quba qəzasının kəndlərində müsəlman

qırğınları nəticəsində 580 nəfər qətlə yetirilmiş, 55 nəfər yaralanmışdır. Qor-

xudan, dağlarda və meşələrdə sərgərdan dolaşarkən xəstəlikdən və aclıqdan

781 nəfər ölmüşdür ki, onlar haqda məlumatlar məruzədə ümumiyyətlə öz

əksini tapmamışdır.

Novatskinin məruzəsində yalnız Quba qəzasının kənd sakinlərinin

məruz qaldığı zərərin ümumi məbləği – 58 121 059 rubl göstərilmişdir. La-

kin, həmin sənəddə Quba şəhər sakinlərinə dəyən ziyanın ümumi məbləği

göstərilməmişdir. Quba şəhər sakinlərinin çəkdiyi maddi ziyana dair ümumi

siyahılar və ayrı-ayrı ərizələr əsasında həmin məbləğin – 63 703 760 rubl

olduğu müəyyən edilmişdir. Beləliklə, 1918-ci aprel-may hadisələri zamanı

Quba şəhəri daxil olmaqla Quba qəzasının müsəlman əhalisinə vurulan

zərərlərin ümumi məbləği 121 824 819 rubl təşkil etmişdir.

FTK-nın sənədləri əsasında alınmış bütün bu məlumatlar “1918-ci

ilin aprel-mayında müsəlman qırğınları nəticəsində insan tələfatı və Quba

şəhərinin və Quba qəzasının əhalisinə vurulan maddi zərər haqqında ümumi

məlumat” adlı 3 №-li Əlavədə göstərilmişdir.

Sənədlər toplusuna həmçinin aşağıdakı əlavələr daxil edilmişdir:

№ 1 – Quba hadisələri ərəfəsində şəhərin və qəzanın ayrı-ayrı əhali

qruplarının say nisbəti haqqında dəqiq təsəvvür yaratmağa imkan verən

“Quba şəhəri və Quba qəzası əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi”;

№ 2 – “Quba qəzasının 1918-ci ilin aprel-may aylarında qırğınlara məruz

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi