Background Image
Previous Page  120 / 324 Next Page
Information
Show Menu
Previous Page 120 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

116

kəndlərinə hücumlarının təfərrüatları açıqlanır. Bu ifadələrdən məlum olur

ki, əksər kəndlərin əhalisi gözlənilən erməni basqınları haqqında qubalılar

və digər kəndlərin sakinləri tərəfindən əvvəlcədən xəbərdar edildiyindən on

minlərlə insan labüd ölümdən xilas ola bilmişdir. Həmçinin, sənədlərlə təsdiq

edilir ki, erməni hücumlarına bütün müsəlman kəndləri – həm azərbaycanlı,

həm də tat, ləzgi, qrız və s. kəndlər məruz qalmışdır. Quba kəndlilərinin şahid

ifadələrində erməni əsgərlərinin azyaşlı körpələrə, ahıl qocalara, qadınlara

rəhm etmədən törətdikləri ayrı-ayrı vəhşilik və qəddarlıq hadisələri xatırlanır.

Toplununbuhissəsinəhəmçininermənilər tərəfindənyaralanmış şəxslərin tib-

bi-ekspert müayinəsinin protokolları daxil edilmişdir ki, Novatski tərəfindən

həkimin iştirakı ilə tərtib edilən həmin sənədlərdə ayrı-ayrı insanlara yetirilən

xətərlərin xarakter və dərəcəsi müəyyən edilmişdir. Kənd sakinlərinin bütün

şahid ifadələrində kəndlərdə yandırılmış evlərin, məscidlərin, digər tikililərin,

habelə qətlə yetirilənlərin və yarala-nanların sayı haqqında məlumatlar veri-

lir, bəzi kəndlərdə erməni dəstələrinə qarşı silahlı müqavimət göstərilməsinə

dair nümunələr gətirilir.

Bu hissəyə həmçinin Quba qəzasının ayrı-ayrı kənd sakinlərinin ərizə

və müraciətləri də daxil edilmişdir ki, həmin sənədlərdə evlərin yandırılması,

anbar, dəyirman və digər tikililərin dağıdılması, maq-qaranın oğurlanması,

əşyaların qarət edilməsi və s. nəticəsində zərərçəkənlərin hər birinə vurulmuş

zərərin miqdarı haqqında məlumat verilir.

III fəslin 2-ci hissəsi Quba qəzasının kənd cəmiyyətlərinə dəymiş

zərərlər haqqında, Fövqəladə Təhqiqat Komissiyası tərəfindən təklif edilmiş

şərtlərə uyğun olaraq tərtib olunmuş “qərar”larından ibarətdir. Qərarlar

zərər çəkmiş kəndin bütün sakinlərinin birgə yığıncağında tərtib edilmiş

və tələb olunan bütün bəndlər üzrə məlumatları özündə əks etdirir: qətlə

yetirilən, yaralanan, dağlarda, meşələrdə sərgərdan dolaşarkən xəstəlikdən,

acından və qorxudan həlak olan kişi, qadın və uşaqların sayı, yandırılmış və

dağıdılmış məscidlər ayrıca göstərilməklə, yandırılmış və dağıdılmış evlərin

və tikililərin sayı, oğurlanmış mal-qaranın, qarət edilmiş ev əşyalarının sayı,

zərərçəkənlərin adları, onların itkiləri barəsində məlumatlar və s. Qərarın so-

nunda bütün bu məlumatlara yekun vurularaq, həmin kəndə dəyən zərərin

ümumi həcmi göstərilir. Qərarlar kəndin birgə yığıncağında iştirak etmiş

bütün sakinlərin imzaları və starşinanın möhürü ilə təsdiq edilir.

FTK-nın bu sənədləri xüsusi əhəmiyyətə malikdir, çünki onlar zərər-

çəkənlərin sayı, qətlə yetirilmiş və əzab verilmiş insanların adı, cinsi, yaşı

haqqında daha dəqiq rəqəmləri, vurulmuş zərərin miqyasını, yandırılmış,

dağıdılmış və viran qoyulmuş kəndlərin, ictimai və fərdi müəssisələrin,

tikililərin və s. adlarını və sayını müəyyən etməyə imkan verir.

Quba şəhərinin əhalisinə dəyən zərərlər haqqında sənədlər kimi, kənd

cəmiyyətlərinin bütün qərarları da Azərbaycan dilində, ərəb əlifbasında tərtib