Background Image
Previous Page  118 / 324 Next Page
Information
Show Menu
Previous Page 118 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

114

çəkilmişdir. (Sənəd № 16) Lakin, təəssüf ki, bu şəkillər nə işin içində, nə də

Parisə, Versal Sülh konfransında Azərbaycan nümayəndə heyətinə göndərilən

FTK–nın materialları arasında aşkar olunmamışdır.

Quba qəzasının ayrı-ayrı polis nahiyələrinin pristavları tərəfindən

təqdim edilmiş raportlardan görünür ki, kənd cəmiyyətlərinin əksəriyyəti

ümumi yığıncaqlar keçirməyə və Komissiyanın tələb etdiyi sənədləri tərtib

etməyə müvəffəq olmuşdur.

Habelə, Komissiyanın tələbinə əsasən yerli strukturlar tərəfindən

təqdim edilən və konkret informasiyadan ibarət olan sənədlər, məsələn,

Quba şəhər rəisi Ə.b.Əlibəyovun şəhər əhalisinin, o cümlədən erməni

əhalisinin sayı, yandırılmış və dağıdılmış binalar, erməni dəstələrinin Quba

şəhərinə hücumunun başlanması tarixi və s. haqda hazırladığı arayış, (Sənəd

№ 5) və s. bu kimi materiallar böyük əhəmiyyət kəsb edir.

Novatskinin FTK Sədrinin adına yazdığı “Quba şəhərinin və Quba

qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən şəhərin və kəndlərin

sakinləri üzərində törədilmiş zorakılıq əməlləri haqqında” məruzəsi (Sənəd

№ 37) I fəslin ən mühüm sənədlərindəndir. Məruzədə Quba hadisələrinə

dair Komissiyanın təhqiqatlarına yekun vurulur və istintaqın müəyyən et-

diyi müqəssirlərin adları göstərilir. İkinci mühüm sənəd “Quba şəhərinin

və kəndlərinin talan edilməsi haqqında iş üzrə Fövqəladə Təhqiqat

Komissiyasının Qərarı”dır ki, (Sənəd № 38) burada qırğınlar zamanı Quba

şəhərinin müsəlman əhalisinə qarşı cinayətlərdə ifşa edilmiş şəxslərə qarşı

ittiham irəli sürülür. I fəsli Azərbaycan SSR-in məhkəmə-istintaq orqanlarının

sənədləri tamamlayır ki, həmin istintaq işi üzrə icraata 1920-ci ilin sonlarında

məhz bu orqanların çıxardıqları Qərarlar əsasında xitam verildiyi məlum olur.

(Sənədlər №№ 41-45)

Toplunun

II fəsli

Quba şəhərinin talan edilməsinə dair sənədləri əks et-

dirir və 2 hissəyə bölünür. 1-ci hissəyə Quba şəhər sakinlərinin şahid ifadələri

daxil edilmişdir. Bu sənədlərdə Qubada müsəlman qırğınları başlanmazdan

əvvəl və sonra, Amazaspın dəstələrinin şəhərdə olduğu günlərdə baş vermiş

hadisələr geniş təsvir edilir. 1918-ci ilin aprel-may aylarında Qubada faciəli

hadisələrin başlanmasının və inkişafının xronolo-giyasını yaratmağa imkan

verən son dərəcə qiymətli məlumatları əks etdirən bu sənədlərdə şəhərin

müsəlman əhalisinin, o cümlədən qadın, qoca və uşaqların vəhşicəsinə

qətlə yetirilməsi, onlarla müsəlman qadınlarının, həmçinin azyaşlı qız

uşaqlarının zorlanması, şəhərin məscidlərində yerli sakinlərin əsir saxlanması,

müsəlmanlaraməxsus ictimai binaların dağıdılması, kitabxanaların, kitabların,

və xüsusilə Quran kitablarının yandırılması haqqında konkret hadisələr

göstərilir, qırğınlarda iştirak edən şəxslərin adları çəkilir, qətlə yetirilmiş və

zərər çəkmiş dinc vətəndaşlar haqqında məlumatlar verilir.

Bu şəhadətlərin içindəQuba şəhərininbaşçısı Əli Abbas bəyƏlibəyovun,