Background Image
Previous Page  117 / 324 Next Page
Information
Show Menu
Previous Page 117 / 324 Next Page
Page Background

113

“Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi

haqqında” sənədlər, FTK materiallarının bir hissəsi olmaqla, böyük elmi-

mənbəşünaslıq, tarixi, siyasi və diplomatik əhəmiyyətə malikdir. Eyni za-

manda, bu sənədlər 1918-ci il Quba hadisələrinin həmin dövr Bakıdakı

hakimiyyətin erməni rəhbərləri və erməni millətçiləri tərəfindən gələcək

Ermənistan dövləti üçün potensial ərazi kimi nəzərdə tutulan Azərbaycan

torpaqlarında müsəlman əhalinin sayının maksimal dərəcədə azaldılmasına

yönəldilmiş daha genişmiqyaslı əməliyyat və planlarının tərkib hissəsi

olduğunun inkaredilməz sübutudur.

Quba hadisələrinə dair Fövqəladə Təhqiqat Komissiyasının materialları

2007-ci ildə Qubada arxeoloji qazıntılar zamanı yüzlərlə insan cəsədlərinin

olduğu bir neçə kütləvi məzarlıqların aşkar edilməsi baxımından bu gün

daha da böyük aktuallıq kəsb edir.

Bu sənədlərin dəyəri və əhəmiyyəti onların “Fövqəladə Təhqiqat

Komissiyasının materialları” silsiləsində ayrıca toplu şəklində yenidən nəşr

edilməsini şərtləndirmişdir. Oxuculara təqdim edilən bu topluya daxil edilmiş

sənədlər öz məzmununa və xarakterinə görə, 2010-cu ildə nəşr edilmiş

və 266 sənəddən ibarət olan toplunun tam versiyasına uyğun nömrələr

saxlanılmaqla, üç fəsildə sistemləşdirilmişdir.

Sənədlər toplusunun

I fəslinə

Fövqəladə Təhqiqat Komissiyasının

üzvü, Quba hadisələrini araşdıran A.F.Novatskinin Quba şəhərinin və Quba

qəzasının yerli hakimiyyət strukturları ilə yazışmalarından ibarət olan

sənədlər daxil edilmişdir. Təcrübəli hüquqşünas olan A.F.Novatski qısa

müddət ərzində Quba hadisələrinə dair hüquqi əsası olan faktlardan ibarət

geniş həcmli material toplaya bilmişdi.

Məsələn, şəhər hakimiyyəti və sakinlərlə işləməklə yanaşı, Komis-

siya eyni zamanda nahiyə pristavları (polis idarəsinin rəisi) və starşinalar

(starşinalar) vasitəsiləQubaqəzasında yandırılmış vəqarət edilmiş kəndlərinin

siyahılarının hazırlanmasını xahiş edir. Bundan əlavə aşağıdakı konkret və

dəqiq məlumatları: bütün zərərçəkənlərin, qətlə yetirilənlərin və sərgərdanlıq

vaxtı ölənlərin adları; yandırılmış və dağıdılmış evlərin, məscidlərin, digər

tikililərin dəqiq sayı; yandırılmış və qarət edilmiş əşyaların, mal-qaranın və

s. sayı və qiyməti və s. - əks etdirən sənədlərin hazırlanması təklif olunurdu.

Bu zaman starşinaların işinin yüngülləşdiril-məsi üçün onlara tərtib edilməli

“Qərar-aktların” Azərbaycan və rus dillərində nümunələri verilirdi. (Sənəd

№ 21) Sənədlərdən aydın olur ki, komissiyanın üzvü A.F.Novatski köməkçisi

Ə.b.Xanbudaqov və şəhər rəisi Ə.b.Əlibəyov ilə birlikdə talanlar zamanı

Qubada yandırılmış evlərin və ictimai binaların sayını müəyyənləşdirmək

məqsədilə şəhərə bir neçə baxış keçirmişlər. Həmin baxışlar zamanı tərtib

edilmiş protokollar bu fəslə daxil edilmişdir. Bu protokollardan o da məlum

olur ki, baxış zamanı fotoqraf Bağırov tərəfindən yandırılmış evlərin şəkilləri

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi