Background Image
Previous Page  133 / 324 Next Page
Information
Show Menu
Previous Page 133 / 324 Next Page
Page Background

129

Fövqəladə Təhqiqat Komissiyasının yaradılması

haqqında Azərbaycan Hökumətinin Qərarları

HÖKUMƏTƏ MƏRUZƏ

Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri

quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına

erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı

və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda

həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış

məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks

istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən

qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini

irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadi-

sələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törə-

dildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və

onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi;

Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası

1

xarakteri daşımalıdır,

habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində

(rus, fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş

yayılmalıdır.

Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki,

bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan

bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər

əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir,

hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.

Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki,

həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və

Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.

Xarici İşlər Naziri M. Hacınski

2

Yelizavetpol. 15 iyul 1918-ci il

Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061,

siyahı 1, iş 95, vərəq 1 (bundan sonra: AR DA, f. s. iş. v.)