Background Image
Previous Page  138 / 324 Next Page
Information
Show Menu
Previous Page 138 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

134

verməkdə çətinlik çəkirəm və mən bunu Sizə ifadə verilərkən təsdiq

edəcəyəm.

Quba Şəhər rəisi: Əlibəyov

10

(imza)

Katib: Vahabov (imza)

AR DA, f. 1061, s. 1, iş. 96, v. 1-2

Sənəd № 12

Azərbaycan Respublikası

Ə.N.

Fövqəladə Təhqiqat Komissiyası

12 dekabr 1918-ci il.

№ 15 Quba şəhəri

Təcili

Quba şəhərinin 1-ci hissəsinin Cənab Pristavına

Fövqəladə Təhqiqat Komissiyası Sizin Cənabınızdan xahiş edir ki,

Quba şəhərində erməni quldur dəstələrinin Quba şəhərinə hücumu

zamanı yaralananlar və şikəst edilənlərin olub-olmadığını, əgər varsa,

onların adlarını və soyadlarını bildirəsiniz.

Komissiyanın üzvü:

Novatski (imza)

Vərəqin arxasında qeyd:

12.XII.1918-ci il.

Bu məktubu göndərməklə Fövqəladə Təhqiqat Komissiyasına

bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları

tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki

onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər.

Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə

qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər

hala salırdılar.

12 dekabr 1918-ci il.

Quba şəhərinin 1-ci hissəsinin pristavı (imza)

AR DA, f. 1061, s. 1, iş. 96, v. 13.