Background Image
Previous Page  134 / 324 Next Page
Information
Show Menu
Previous Page 134 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

130

Azərbaycan Respublikası Hökumətinin

qərarlar jurnalından

ÇIXARIŞ

15 iyul 1918-ci il

Dinlənildi:

Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş

zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komis-

siyasının təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi.

Qərara alındı:

Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona

tapşırılsın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qaf-

qaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş

zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat

Komissiyasını təşkil etsin.

Əsli ilə düzdür:

Katibin köməkçisi (imza).

AR DA, f. 1061, s. 1, iş. 95, v. 2

QƏRAR

31 avqust 1918-ci il, Gəncə şəhəri.

Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün

sədr – andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan

3

və aşağıdakı

üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası

yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev

4

və Andrey Fomiç Novatski

5

, həmin dairə məhkəməsinin prokuroru-

nun müavini Nəsrəddin bəy Səfikürdski

6

, Gəncə Köçürmə idarəsinin

üzvü Nikolay Mixayloviç Mixaylov

7

və Barışdırıcı hakimlər qurultayının

keçmiş Sədri, həqiqi mülki müşavir V.V.Qudvillo

8

və müəllim Məmməd

Cavad Axundzadə. Gündəlik maaş təyin edilsin: Komissiya Sədrinə

– 60 rubl məbləğində, dövlət xidmətində olan komissiya üzvlərinə

gündəlik 40 rubl, qalanlarına isə 50 rubl məbləğində. Səfərlər üzrə

xərclər həqiqi qiyməti üzrə ödənilsin. Komissiyaya katib, ekspertlər və

ehtiyac olan digər şəxsləri dəvət etmək imkanı verilsin.

Xarici İşlər Naziri əvəzinə F. Xoyski

9

Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza).

AR DA, f. 1061, s. 1, i. 95, v. 3