Background Image
Previous Page  139 / 324 Next Page
Information
Show Menu
Previous Page 139 / 324 Next Page
Page Background

135

Sənəd № 14

Erməni quldur dəstələrinin hücumu zamanı

Quba şəhərinin 2-ci hissəsi üzrə

yaralanan və şikəst edilənlərin

Siyahısı

1. Avraam Avşalumov

2. Nuri Raxamil

3. Rəfael İsrail Nafşal

4. Qurşum Peax

5. Zaxariya Nisim

6. Şulum İsxay

Quba şəhərinin 2-ci hissəsinin pristavı Məmmədbəyov (imza)

AR DA, f. 1061, s. 1, iş. 96, v. 21

Sənəd № 16

Baxış protokolu

22 dekabr 1918-ci il, Quba şəhəri.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski, şahidlər –

Quba şəhər rəisi Əli Abbas bəy Əlibəyovun və Əyyub bəy Xanbuda-

qovun

11

iştirakı ilə, erməni qoşunlarının cəza dəstəsi tərəfindən şəhər

talan edilərkənQubada yandırılmış evlərin sayınınmüəyyənləşdirilməsi

məqsədilə Quba şəhərinin yuxarı hissəsinə baxış keçirmişdir, bu za-

man fotoqraf Bağırovun vasitəsilə aşağıdakı binaların xarabalıqlarının

fotoşəkli çəkilmişdir: Məmməd Əli Hüseynovun evi, Qəza İdarəsinin

binası, Milli Müsəlman Komitəsinin yerləşdiyi Hacı Müslim Bağırovun

evi, Hacı Məcid Məmmədovun evi və Məmməd Hüseyn Hüseynovun

evi. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:

1)

Bulvar küçəsində

10 ev yandırılmışdır, onlardan ikisi

müsəlmanlar İbrahim bəy Şıxlarskiyə və Məşədi Əli Hüseynova, qalan

8 ev isə ermənilərə məxsus idi. Həmin küçədə ermənilərə məxsus olan

yandırılmamış iyirmi iki ev vardır. Şahid Əlibəyovun bildirdiyinə görə,

erməni evləri onların cəza dəstəsi Quba şəhərindən çıxıb gedərkən

ermənilərin özləri tərəfindən yandırılmışdır.

Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları

AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri