Background Image
Previous Page  136 / 324 Next Page
Information
Show Menu
Previous Page 136 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

132

Sənəd № 1

Azərbaycan Hökuməti

Ə.N.

Fövqəladə Təhqiqat Komissiyası

11 dekabr 1918-ci il

№ 12 Quba şəhəri

Təcili

Quba şəhərinin cənab Pristavına

Fövqəladə Təhqiqat Komissiyası Sizin Cənabınızdan xahiş edir

ki, ümumən müsəlman əhalisinə və, o cümlədən də Quba şəhərinin

və Quba qəzasının müsəlman əhalisinə qarşı heç bir zorakılıq əməli

törətməmiş, erməni quldur dəstələrinin Quba şəhərinə hücumu, onun

talan edilməsi və müsəlman əhalisinə qarşı zorakılıq halları haqqında

məlumat verə biləcək Quba şəhərinin təxminən 15-20 nəfər daimi

sakininin, habelə digər xalqların nümayəndələrindən bir neçəsinin

adlarını bildirəsiniz.

Komissiyanın üzvü: Novatski (imza)

Vərəqin arxasında qeyd:

Bu yazışmanı siyahı ilə birlikdə Quba şəhərindəki Fövqəladə

Təhqiqat Komissiyasına göndərirəm. Hal-hazırda Quba şəhərinin I

hissəsinin ərazisində başqa dinə mənsub olanlardan kimsə yoxdur .

11 dekabr, 1918-ci il

Quba şəhərinin I hissəsinin pristavı (imza)

AR DA, f. 1061, s. 1, iş. 96, v. 3

Sənəd № 2

Quba şəhərinin hörmətli şəxslərinin siyahısı

1. Hacı İsmayıl Orucov – dindirilib

2. İsa Şıx Rəcəb oğlu – dindirilib

3. Hacı Hidayət Musayev – dindirilib

4. Məşədi İbad Bağırov – dindirilib