133
5. Abdul Xəlif Mustafayev – dindirilib
6. Hacı Mirqasım Miriyev – dindirilib
7. Əlihüseyn Hacı İbrahim – gəlməyib
8. Xalid Hüseynqulu oğlu – dindirilib
9. Məşədi Soltan Əsgərov – dindirilib
10. Məşədi Hüseynqulu Bağırov – dindirilib
11. Hacı Möhsün Allahverdiyev – gəlməyib
AR DA, f. 1061, s. 1, iş. 96, v. 4
Sənəd № 5
Azərbaycan Respublikası
Quba Şəhər Duması
12 dekabr 1918-ci il.
№ 204. Quba şəhəri
Təcili
Fövqəladə Təhqiqat Komissiyasının cənab üzvünə
11 dekabr tarixli və 9 №-li məktubunuzla əlaqədar Sizin
Cənabınıza aşağıdakıları bildirməklə şərəf duyuram:
1) Quba şəhərində onun Amazaspın cəza dəstəsi tərəfindən ta-
lan edilməsinə qədər hər iki cinsdən təxminən 20 min əhali və 10 minə
yaxın ev var idi.
2) Quba şəhərinə hücum və onun darmadağın edilməsi 1918-ci
il mayın 1-də baş vermişdir.
3) Bazar, Komendant, Bakıxanov və Bulvar küçələrində müsəl-
manlara məxsus olan 2 yüzə yaxın ev və digər tikililər yandırılmış və
dağıdılmışdır.
4) Yandırılmış və dağıdılmış məscidlər olmamışdır, lakin yan-
dırmaq cəhdi edilmişdir ki, onun da qarşısı sui-qəsdin şahidi tərəfindən
vaxtında alınmışdır.
5) Quba şəhərində ermənilər bütün şəhərə səpələnmiş şəkildə
yaşayırdılar və onların sayı təxminən beş yüzə yaxın idi.
6) Qubanın yerli özünüidarəetmə binasında yerləşən şəhər planı
idarənin binasında yanmışdır, bu səbəbdən Sizə dəqiq məlumatlar
Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları
AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri




