Background Image
Previous Page  14 / 324 Next Page
Information
Show Menu
Previous Page 14 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

10

tan Əhməd (I Hüseynin nəvəsi) öldürülmüş, Sultan Əhmədin azyaşlı oğlu

Hüseyn Əli isə qohumları tərəfindən xilas edilərək, Axtıya aparılmışdır. 1718

- 1822-ci illərdə Qubada hakimiyyət Şirvanın Şamaxı şəhərini ələ keçirmiş

iki feodal – Qazıqumıklı Surxay xan ilə Müşkürlü Molla Hacı Davud arasında

bölüşdürülmüşdür.

Bu vaxt İran da təlatümlü günlərini yaşayırdı. 1721-ci ildə Mahmud

xanın başçılığı ilə üsyan qaldıran əfqan-gilzay tayfaları 1722-ci ildə Hüseyn

şahı devirməyə müvəffəq oldular. Lakin İranın əfqanlara tabe olmayan üç

şimal əyaləti – Gilan, Mazandaran və Cənubi Azərbaycan Hüseynin oğlunu,

Azərbaycan şəhəri Ərdəbildə oturmuş II Təhmasibi şah elan etdilər.

XVII əsrin sonunda – XVIII əsrin əvvəlində Azərbaycan torpaqları

artıq Rusiya dövlətinin diqqət mərkəzinə düşdü. Belə ki, I Pyotrun çarlıq

etdiyi dövrdə əhəmiyyətli dərəcədə güclənmiş Rusiyanın Qafqazın cənub

ərazilərində, xüsusilə də Azərbaycanda bol olan xammal mənbələrinə

ehtiyacı var idi. Xəzər sahilinin ələ keçirilməsi, Qafqaza, daha sonra isə Orta

Asiyaya doğru irəliləmək yolunda əhəmiyyətli addım kimi Rusiya imperato-

runun əsas strateji məqsədi olur. 1722-ci ilin yazında I Pyotr böyük qoşunla

Həştərxana doğru yürüş etdi, 1723-cü il yayın əvvəlində rus qoşunları

Dərbəndi tutdu, 17 iyulda isə rus hərbi gəmiləri Bakı buxtasına daxil oldular.

1723-cü ilin sentyabrında II Şah Təhmasib Rusiya ilə müqavilə bağladı və bu

müqaviləyə əsasən əfqanlara qarşı mübarizədə ona vəd olunan yardıma görə

Dərbənddən Astrabada qədər, yarımmüstəqil Quba xanlığının ərazilərinin də

daxil olduğu, Xəzərin sahilyanı torpaqlarını Rusiyaya güzəştə getdi. Həmin

vaxt Qubanı (Şirvanın tərkibində) ələ keçirmiş Surxay xan və Hacı Davud isə

öz üzərilərində 1723-cü ildə İran ilə müharibəyə başlayan Sultan Türkiyəsinin

hakimiyyətini tanıdılar.

Xəzəryanı ərazilərdə Rusiya dövlətinin uğurlarından narahat olan

Osmanlı imperiyası öz qoşunlarını Cənubi Qafqaz ərazilərinə göndərdi və

1724-cü ildə İrəvanı, sonra isə Həmədan şəhərini ələ keçirdi. 1724-cü ilin 23

aprelində Türkiyə ilə Rusiya arasında Konstantinopol müqaviləsi bağlandı.

Bu müqaviləyə əsasən Türkiyə Xəzəryanı torpaqları Rusiyanın ərazisi kimi

tanıdı, Rusiya isə Türkiyənin qərbi İranı işğal etməsinə öz razılığını verdi.

1725-ci ilin avqustunda türklər Gəncəni, sonra Təbrizi, payızda isə Ərdəbili

və Qəzvini tutdular. 1727-ci ildə Türkiyə İsfahanda taxtı ələ keçirmiş Əşrəf ilə

müqavilə bağladı. Bu müqaviləyə əsasən Türkiyə yalnız Rusiya ilə bağladığı

Konstantinopol müqaviləsində nəzərdə tutulmuş bütün torpaqlara deyil,

həm də Zəncan, Qəzvin, Sultaniyyə, Təbriz və hətta Xuzistana sahib oldu.

Beləliklə, Rusiyanın himayəsi altında qalan Quba xanlığının da daxil

olduğu Xəzəryanı torpaqlar istisna olmaqla, Azərbaycanın demək olar ki,

bütün ərazisi yenidən Sultan Türkiyəsinin əlinə keçdi. 1726-cı ildə Rusiya

dövləti Quba xanlarının varislik hüquqlarını tanıyaraq, Rusiyaya sədaqət andı