Background Image
Previous Page  18 / 324 Next Page
Information
Show Menu
Previous Page 18 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

14

edilməsi təkcə Fətəli xanın bilavasitə rəqiblərini – Qaraqaytaq usmisi

Əmir Həmzəni, Şamaxıdan Ağası xanı, Qarabağdan İbrahim xanı və Kartli-

Kaxetiyanın çarı II İraklini deyil, həm də 1763-cü ildə öz rəqibləri üzərində

qələbə çalaraq İranı yenidən birləşdirmiş, təmiz fars sülaləsi olan Zəndlərin

nümayəndəsi Kərim xan Zəndin şəxsində İranın mərkəzi şah hakimiyyətini

də narahat edirdi. Mənbələrdən göründüyü kimi, Kərim xan Zənd Gilan

xanı Hidayət xanın vasitəsilə “öz elçilərini Fətəli xanın yanına göndərmiş və

ona, Rusiyadan əl çəkəcəyi təqdirdə yüksək vəkillik dərəcəsinin veriləcəyini

bildirmişdir”. (33)

Burada Rusiyanın xatırladılması təsadüfi deyildi. Belə ki, rus qoşunla-

rının Fətəli xan üçün ən çətin bir dövrdə ona ciddi yardım göstərməsi və

Dərbəndin mühasirədən çıxarılması uğrunda dağıstanlılarla döyüşdə (1774-

cü il) qubalılarla birlikdə fəal iştirak etməsi hamıya bəlli idi.

Mümkündür ki, Kərim xan Zənd Fətəli xana belə təklifləri bir neçə

dəfə etmişdir və bunu Fətəli xan özü də təsdiqləyir: “Hazırda bütün İranın

hökmdarı olan Kərim xan məni öz xidmətinə və razılığa təhrik etmək niyyətilə

paytaxt şəhəri Şirazdan mənim yanıma bir çox hədiyyələrlə...və böyük pul

xəzinəsi ilə inandığı elçilərindən ibarət bir neçə adam göndərmişdir, amma

mən ... onu qətiyyən qəbul etmədim”. (34) Bu imtina Fətəli xana qarşı yenidən

hərbi əməliyyatların başlanması ilə nəticələnir və bu əməliyyatlarda onun

Azərbaycan xanlarından olan düşmənləri də iştirak edirlər. Lakin Kərim xan

Zəndin 1779-cu ildə vəfatı İranda mərkəzi hakimiyyətin yenidən zəifləməsinə

gətirib çıxardı və son nəticədə İran dövləti yenidən parçalandı.

Zəndlərin hakimiyyətini tanımayanların sırasında Qacarlar nəslinin

nümayəndəsi olan Ağa Məhəmməd xan da vardı ki, öz hakimiyyətini Mazan-

daranda möhkəmlədərək, onu İranın şimal əyalətlərində genişləndirməyə

başlayır və ilk olaraq Gilan xanlığına hücum edir. Öz ölkəsindən sıxışdırılmış

Gilanlı Hidayət xan Fətəli xan Qubalının yanında sığınacaq taparaq ondan

yardım istəyir. 1781-ci ilin yazında Fətəli xan Gilana yürüş təşkil edir. Bu

yürüşün ən diqqətəlayiq cəhəti ondan ibarət idi ki, ilk dəfə olaraq İranın şah

taxtına iddiaçı olan Qacara qarşı müharibədə Azərbaycanın demək olar ki,

bütün əyalətlərindən – Quba, Dərbənd, Bakı, Şamaxı, Cavad, Şəki, Qarabağ,

Talış və Ərdəbil xanlıqlarından olan hərbi qüvvələr və dəstələr birləşmişdi.

Bu yürüşdə həmçinin Tarkov Şamxalı və Qaraqaytak usmisinin qoşunları da

iştirak edirdilər... O dövrün mənbələrinin şəhadətinə görə “gətirilmiş bü-

tün qoşunlar daha çox Fətəli xanın cəhdləri sayəsində toplanmışdı, ümumi

komandanlığı isə Quba sərkərdəsi Mirzə bəy Bayat həyata keçirirdi”. (35)

Tanınmış Azərbaycan tarixçisi A.S.Sumbatzadənin fikrinə əsasən: “Gilana

yürüş iştirakçılarının belə mötəbər tərkibi şah İranına qarşı mübarizədə

azərbaycanlıların şüurunun yetkinlik dərəcəsini və birlik hissini nümayiş et-

dirirdi”. Məhz “Gilandakı qələbədən ruhlanan Fətəli xan Cənubi Azərbaycan