Background Image
Previous Page  15 / 324 Next Page
Information
Show Menu
Previous Page 15 / 324 Next Page
Page Background

11

içmiş gənc Hüseyn Əli Xanı (Sultan Əhmədin oğlunu) Qubanın hökmdarı

təyin etdi. (21) Belə bir ehtimal da mövcuddur ki, bu hadisə 1726-cı ildə

deyil, 4 il əvvəl, 12 yaşlı Hüseyn Əlini Quba xanı təyin etmiş və sonra bu

təyinatı təsdiq etmiş I Pyotrun özünün iştirakı ilə baş vermişdir. (22) Rus

mənbələrinin göstərdiyi kimi, Quba xanı öz əməllərində kifayət qədər

müstəqil idi, Rusiya xəzinəsinə vergi (xərac) vermirdi və öz üzərinə yalnız

tələb olunan vaxt öz təbəələri ilə birlikdə hərbi əməliyyatlarda iştirak etmək

- təbii ki rus qoşunlarının tərəfindən - öhdəliyi götürmüşdü. (23)

Quba xanlığının tarixinin bundan sonra necə təşəkkül tapacağı təbii ki,

məlum deyildi, lakin təsvir olunan həmin hadisələrin gedişi zamanı qonşu

İranın siyasi səhnəsində yeni bir şəxs olan fəal və istedadlı sərkərdə Nadir

Qulu, “Azərbaycanda Səfəvilər dövründə başlanmış xanlıqların yaranma və

formalaşma prosesini bir qədər ləngitmiş” (24) gələcək Nadir Şah Əfşar pey-

da olur. Onilliklərlə döyüşlərdən sonra Nadir şah Rusiya və Türkiyə tərəfindən

zəbt edilmiş torpaqları geri, İranın nəzarətinə qaytara bildi. 1732-ci və 1735-

ci illərdə Nadir Rusiya ilə sülh müqaviləsi bağladı və həmin müqaviləyə

əsasən Rusiya öz qoşunlarını Azərbaycanın Xəzəryanı torpaqlarından çıxardı.

1734-cü ildə Nadir ona müqavimət göstərdiyinə görə Şamaxını tamamilə

dağıtdı, şəhərin əhalisini isə Ağsuya – Yeni Şamaxıya köçürdü. 1736-cı ildə

o, Türkiyə ilə sülh müqaviləsi bağladı və həmin müqavilə əsasında Türkiyə

1722-ci ilədək İrana məxsus olan bütün əraziləri geri qaytardı. Elə həmin

1736-cı ilin lap əvvəllərində (yanvar-mart aylarında) Nadir Muğanda “qa-

baqcadan seçilmiş tərkibdə” qurultay çağırdı və “şah seçildi”. Bu “seçki” ilə

razılaşmayan Qarabağ bəylərbəyi Uğurlu xan Qacar“ bir qədər sonra öz

torpaqlarının üçdə iki hissəsini itirdi”. (25) Muğanda qurultayın çağırılması

və ondan sonra baş verən hadisələr, o cümlədən müstəqil Car-Balakən

cəmiyyətlərinə və Dağıstana qarşı cəza yürüşləri (1741-1743-cü illər),

Türkiyə ilə üçillik müharibə (1743-1746-cı illər), Xəzər dənizində donan-

ma yaratmaq cəhdi və sairlər göstərir ki, Nadir şahın hakimiyyəti illərində

(1736-1747-ci illər) siyasi hadisələrin mərkəzi yenə də Azərbaycan ərazisi

olmuşdur. “Bütün bunlar Azərbaycanın əhalisi üçün yaxşı heç nə vəd etmirdi.

Əksinə, onun ərazisi itaət etməyən dağlılarla mübarizədə Nadir tərəfindən

Dağıstana göndərilən cəza ekspedisiyalarının tapdağı altında qalan çöllərə,

habelə Azərbaycanın özündə, əsasən də Şirvanda üsyançılara qarşı döyüş

meydanına çevrilmişdi”. (26)

Şirvan hakimlərindən fərqli olaraq, mövcud feodal özbaşınalığı şərai-

tində, İranın və Türkiyənin siyasi ambisiyaları və Rusiyanın işğalçı planları

qarşısında daha təmkinli siyasət aparan Qubalı Hüseyn Əli xan bu zaman heç

kimlə münasibətləri korlamamağı üstün tutur və Rusiyaya olduğu kimi İrana

da dostluq münasibəti göstərir və bunun müqabilində mükafatlandırılır: Na-

dir Azərbaycana ilk yürüşündə Salyanın idarə edilməsini Hüseyn Əli xana

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi