Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
16
manda, bu dövr, təkcə Qubanın deyil, bütün Azərbaycanın ərazisinin Fətəli
xanın hakimiyyəti altında olan böyük hissəsinin dinc sakinləri üçün daha
sakit və sabit bır zaman kəsiyi hesab edilə bilər. Belə ki, bu ərazilərdə yaşayan
əhali etibarlı şəkildə müdafiə olunmaqla, sonsuz müharibələrdən və dağıdıcı
işğallardan dinclik əldə edə bilmişlər.
Xüsusi olaraq bunu da qeyd etmək lazımdır ki, Fətəli xan tərəfindən
yaradılmış Azərbaycan torpaqlarının Şimal-şərqi birliyinin dəftərxanasında
bütün dövlət aktlarının və rəsmi yazışmaların dili Azərbaycan dili olmuşdur
ki, bu da Azərbaycan dilinin bu dövrdə dövlət dili kimi rəsmi statusunun
təsdiq edildiyini göstərir.
Fətəli xanın ölümündən sonra onun varisləri olan oğulları Əhməd
xan (1789-1791) və Şeyxəli xan (1791-1810), həm şəxsi keyfiyyətləri, həm
də yaranmış siyasi şərait səbəbindən, artıq hakimiyyətin yüksək mövqeyi-
ni və müstəqilliyini qoruyub saxlaya bilmədilər və atalarının Quba xanlığı
ətrafında yaratdığı Azərbaycanın birliyi parçalandı.
XVIII əsrin sonu – XIX əsrin əvvəlində Azərbaycanın daxili vəziyyəti
və onun hüdudlarının xaricindəki siyasi vəziyyət kifayət qədər mürəkkəb
olaraq qalırdı. Bir tərəfdən ölkənin sosial-iqtisadi geriliyi, Rusiya və İran
qoşunlarının aramsız və saysız yürüşləri, digər tərəfdən isə müxtəlif xanların
şəxsi iddiaları, öz aralarında barışmazlıqları və digər amillər Azərbaycan
torpaqlarının birləşmə prosesinə və vahid dövlətin yaranmasına imkan ver-
mirdi. Belə bir şəraitdə, Qafqazı tamamilə tabe etmək niyyətlərini açıq-aşkar
nümayiş etdirməklə, həmin dövr xüsusilə fəallaşan istər Rusiyanın, istərsə də
İranın imperiya planları qarşında Azərbaycanda davam gətirə biləcək vahid
qüvvə yox idi.
1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacarın qoşunları Cənubi
Qafqazın hüdudlarını keçdi və Talış, Naxçıvan, İrəvan xanlıqlarını talan etdi.
Lakin Şuşa qalasını tutmaq cəhdi uğursuz olduqdan sonra, Ağa Məhəmməd
xan qalanın 33 günlük mühasirəsinə son qoyaraq öz qoşunlarını Gürcüstana
yeritdi.
İran qoşunlarının Cənubi Qafqaza soxulmasından narahat olan və yerli
hakimlərin İrana qarşı mənfi əhval-ruhiyyəsini nəzərə alan Rusiya hökuməti
də 1796-cı ilin aprelində V.Zubovun komandanlığı altında öz qoşunlarını
Azərbaycana göndərdi. Ağa Məhəmməd xan Cənubi Qafqaz hüdudlarını
tələsik tərk etdi. Bu dəfə rus qoşunları demək olar ki, qısa müddət ərzində
maneəsiz (Dərbənd qalasının azmüddətli müqaviməti istisna olmaqla)
Quba, Bakı, Şamaxı və Gəncəni tutdular. Lakin 1796-cı ildə II Yekaterinanın
ölümündən sonra taxta oturmuş I Pavel rus qoşunlarını təcili surətdə geri
çağırdı. Ağa Məhəmməd xan bundan ruhlanaraq 1797-ci ildə yenidən
Azərbaycana, Qarabağ xanlığına soxuldu. Bu dəfə satqınların köməyi ilə
düşmən qoşunları Şuşanı tuta bildilər. Çox keçmədən Ağa Məhəmməd xan




