Background Image
Previous Page  19 / 324 Next Page
Information
Show Menu
Previous Page 19 / 324 Next Page
Page Background

15

xanlıqlarının heç olmasa bir hissəsini ozünün yaratdığı birliyə qatmaq

haqqında çoxdan düşündüyü planı həyata keçirmək qərarına gəlir”. (36)

1784-cü ilin yazında Fətəli xan Ərdəbilə yürüş təşkil edir və may ayında

onu ələ keçirir, sonra Meşkini də tutaraq cənub-qərbə hərəkət edir. Lakin Fətəli

xana öz planlarını həyata keçirmək qismət olmur. Belə ki, onun bu cəhdləri

yalnız Azərbaycanın bir neçə güclü xanlarının, gürcü çarı II İraklinin və bir sıra

Dağıstan hakimlərinin deyil, həm də əsasən, Rusiya hökumətinin müqaviməti

ilə qarşılaşır. Əlbəttə, Fətəli xan artıq həmin dövrdə “knyaz Potyomkin-Tavri-

çeskinin məxfi planının” mövcud olduğunu ağlına gətirə bilməzdi. Həmin

plana əsasən “İrandakı qarışıqlıqdan istifadə edilərək, Bakı və Dərbənd ələ

keçirilməli, Gilan da onlara birləşdirilməli və Albaniya adı ilə böyük knyaz Kon-

stantin Pavloviç üçün gələcək miras kimi qoyulmalı idi”. (37)

80-ci illərin ikinci yarısında İranda şah taxt-tacı uğrunda mübarizədə

Ağa Məhəmməd xan Qacar üstün gəlməyə başlayır. Hələ şah olmadan Ağa

Məhəmməd xanQacar Fətəli xanQubalıya və II İrakliyəməktublar göndərərək

onun hakimiyyətinin tanınmasını və Rusiya ilə bütün əlaqələrin kəsilməsini

tələb edir. Yaxınlaşan təhlükədən qorunmaq üçün 30 ilə yaxın rəqib olmuş və

bir-birinə düşmənçilik etmiş Cənubi Qafqazın bu iki ən güclü siyasi xadimi ilk

dəfə həm İran, həm də Türkiyədən gözlənilən təhlükələrdən birgə müdafiə

olunmaq haqqında müqavilə bağlayırlar (1787-ci il). Fətəli xan sonrakı illərdə

öz müttəfiqləri ilə birlikdə Ağa Məhəmməd xan Qacarın Cənubi Azərbaycan

vasitəsilə Cənubi Qafqaza hücumlarının qarşısını müvəffəqiyyətlə alırdı. La-

kin, 1789-cu ilin martında öz şöhrətinin və yaratdığı şimal-şərqi Azərbaycan

birliyinin qüdrətinin ən yüksək zirvəsində olan Fətəli xan vəfat etdi. Tanınmış

Azərbaycan tarixçisi A.S.Sumbatzadə Qubalı Fətəli xan fəaliyyətini xarakterizə

edərək “onun bütün həyatından qırmızı xətlə keçən üç cəhəti” xüsusi ola-

raq qeyd edir: “Birinci, Azərbaycanın İrandan ayrılması uğrunda qeyri-

şərtsiz mübarizə və vahid Azərbaycan dövlətinin yaradılması; ikinci, Sultan

Türkiyəsindən açıq-aşkar surətdə aralanması, və üçüncü, Rusiya ilə ittifaqa

və dostluğa daimi sədaqəti”. (38)

Əlbəttə, Fətəli xanın Qafqazın və o cümlədən Azərbaycan torpaqlarının

gələcəyinə dair Rusiya dövlətinin “məxfi plan və niyyətlərindən” xəbəri

olacağı təqdirdə, onun Rusiya ilə sonrakı münasibətlərinin necə düzələcəyini

söyləmək çətindir. Lakin, heç şübhəsizdir ki, Qubalı Fətəli xan hakimiyyətinin

artıq ilk illərində öz irsi xanlığının – Qubanın hüdudlarından xeyli kənara

çıxaraq formalaşmaqda olan Azərbaycan xalqının maraqlarının və məqsəd-

lərinin təmsilçisi kimi, XVIII əsrin ikinci yarısında Azərbaycanın görkəmli si-

yasi və dövlət xadimi olmuşdur.

Qeyd etmək lazımdır ki, Fətəli xanın dövründə Quba xanlığının siya-

si tarixi hərbi yürüşlər və hücumlar kimi faktlarla zəngin olsa da, bu dövr,

ümumilikdə həmin əyalətin tarixində ən parlaq bır dövr sayıla bilər. Eyni za-

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi