Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
194
Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları
amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar, küçələrdə və
meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxu-
laraq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar.
Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pulunu və qiymətli
əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evlərə
və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə,
evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir neçə gün
müsəlman qanı içməkdən doymurdular.
Dördüncü gün Amazasp məscidin qarşısındakı meydana gələrək
orada yığılmış əhaliyə müraciət edəndə, onun çıxışından mənim
yadımda yalnız o qaldı ki, Amazasp qubalılardan ləzgilərin öldürdüyü
ermənilərin qisasını alır. Mən şəxsən Quba şəhərində törətdiyi vəhşiliklərə
görə Amazaspın gözünün içinə baxaraq danladım. Amazasp və onun
ətrafındakılardan heç kim deməmişdir ki, onlar bir çox müsəlmanlara
mənim çoxlu erməni qadınlarını xilas etdiyimə görə rəhm etmişlər, çün-
ki mən erməni qadınlarını xilas etməmişəm. Mənə yaxşı məlumdur ki,
Qubada yüzdən çox qadın və qızlara qarşı təcavüz edilmişdir, lakin onların
adlarını bilmirəm, çünki valideynləri və qohumları onları gizlədir: bizdə
adət belədir, anlayış belədir. Mən Amazaspın dəstəsində Quba ermənisi
qəssab Arutyunu görmüşəm, soyadını bilmirəm, və daima Amazaspın
yanında idi, mən digərlərini də görmüşəm, amma onların adını və
soyadlarını bilmirəm. Xatırlayıram ki, Amazasp öz nitqində belə dedi:
“Mən buraya Şirvanda olduğu kimi, sizi məhv etməyə və sizin şəhərinizi
yer üzündən silməyə gəlmişəm, amma sizə rəhm etdim”.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
Əlavə olaraq göstərirəm ki, Quba şəhərinin talan edilməsi zamanı
Amazaspın dəstəsinin əsgərləri mənim mənzilimin qapı və pəncərələrini
qıraraq, min rubl nağd pulumu və üç min rubl dəyərində əşyalarımı
aparıblar. Qarətçilərin adını və soyadını deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 113-114




