Background Image
Previous Page  194 / 324 Next Page
Information
Show Menu
Previous Page 194 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

190

orda olan hər kəsi öldürürdülər. Mən öz evimdə tək oturmuşdum.

Ətrafdan güllə, qışqırıq və inilti səsləri eşidirdim. Ermənilər evlərə soxu-

lur və sakinləri öldürürdülər. Mən qonşuya qaçdım və orada gizləndim,

burada artıq çoxlu adam var idi. Mən bir hadisə haqqında deyə bilərəm

ki, ermənilər bir evdən 17 kişini küçəyə çıxarmış və güllələmişdilər. Bu

qurbanlar arasında ata və oğul da var idi. Sonuncu bu hadisələrdən bir

həftə əvvəl evlənmişdi. Ermənilər onu öldürmək istəyəndə, atası oğluna

rəhm edilməsi və əvəzində onun özünün öldürülməsi xahişi ilə on-

lara pul təklif etdi. Ermənilər pulu aldılar, oğulu atanın gözü qarşısında

öldürdülər, sonra isə atanı öldürdülər. Ümumiyyətlə, ermənilərin

vəhşiliklərinin həddi yox idi. Həmin məhəllədə 300-ə yaxın adam

öldürülmüşdü. Onların çoxunu mən özüm dəfn etmişəm. Əksəriyyətinin

meyitləri xəncərlərlə eybəcər hala salınmışdı: əlləri, burunları kəsilmiş,

sifətləri çapılmışdı. Ermənilər yandırır və qarət edirdilər. Cəsədlər dörd

gün küçələrdə, evlərdə və həyətlərdə qalmışdı. Meyitlərin çürüməsindən

şəhəri dəhşətli üfunət iyi bürümüşdü. Dördüncü gün elə bil ki, sakit-

lik çökdü, hətta meyitləri basdırmağa başladılar. Mənə məlumdur ki,

Molla Hacı Baba Axundzadənin əlində ermənilər tərəfindən təcavüzə

məruz qalmış 78 müsəlman qızın siyahısı var. Valideynləri və qohumları

bu bədbəxtləri gizlədirlər və başlarına gələn bu biabırçılığı heç kimə

bildirmək istəmirlər. Bizdə adət belədir, düşüncə belədir. Molla Hacı

Baba Bakı şəhərindədir, ünvanı mənə məlum deyil.

Molla Hacı Babanın evində, ora çoxlu müsəlmanın toplaşmışdı,

bir erməni – Amazaspın Konstantinopoldan olan yoldaşı bizə dedi

ki, onlar müsəlmanların çoxuna ona görə rəhm ediblər ki, Molla Hacı

Baba çoxlu erməni qadınını xilas edib və hətta deyirdi ki, Şaumyan bü-

tün müsəlmanları aman vermədən qırmağı əmr etmişdi, ancaq Molla

Hacı Babanın xətrinə onlar bunu etmirlər. Bu erməninin adını bilmirəm.

Məscidin qarşısında mən Quba ermənisi Arutyun Mirzəcanovla rastlaş-

dım, o mənə dedi ki, əgər ermənilər yüz qat artıq müsəlman öldürsələr

belə, yenə də müsəlmanların ermənilərə etdiklərinə çata bilməzlər. On-

dan başqa tanış ermənilərdən heç kimi görməmişəm. Mənim daşınan

əmlakım oğurlanmayıb, iki qızımın əmlakı qarət edilib.

Əlavə heç nə deyə bilmərəm.

Oxundu. İmza (ərəb hərfləri ilə)

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, i. 96, v. 115-116