Background Image
Previous Page  193 / 324 Next Page
Information
Show Menu
Previous Page 193 / 324 Next Page
Page Background

189

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

təslim olduqdan sonra dəstəm ilə birlikdə güllələnməyəcəyim haqda

hər hansı bir təminat olmadan, hədələyici təkliflər alırdım.

Amazaspın dəstəsində bir nəfər də olsun rus yox idi, sonuncu

daşnaksakana qədər, hamısı ermənilər idi. Amazaspın dəstəsində bircə

nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya

qədər, qatı daşnaksakan idi. Amazaspın özü də qatı daşnaksakandır.

Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə gön-

dərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır.

Quba şəhərinin bir neçə verstliyində olanDəvəçi və Alpan kəndləri

müsəlman kəndləri olduğu üçün Amazaspın dəstəsi tərəfindən od vu-

rulub yandırılıb. Başqa cür izah edə bilmərəm.

İmza.

Komissiyanın üzvü: А.Novatski (imza).

AR DA, f. 1061, s. 1, iş 96, v. 118-119

Sənəd № 70

Dindirmə protokolu

1918-ci il. 24 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:

Molla Şıx Hüseyn Axundzadə, 1-ci məhəlləninməhəlləmollası,

Quba şəhəri sakini, 72 yaşlı.

Bu ilin aprel ayında yanında əsgər dəstəsi olan Gelovani adlı biri-

si Quba şəhərində Sovet hakimiyyətini və onun qaydalarını bərqərar

edirdi. Yaxın kəndlərdən olan ləzgilər üsyan etdilər və Gelovanini

dəstəsi ilə birlikdə qovdular. Bundan bir neçə gün sonra, may ayının

1-də Amazaspın başçılıq etdiyi və “Amazaspın cəza dəstəsi” adlı

erməni dəstəsi Qubaya gəldi. Biz bu dəstənin yaxınlaşması haqqında

eşitmişdik, və çoxları qaçırdı, mən də daxil olmaqla, çoxları ailələrini

şəhərdən çıxarırdı, lakin əksəriyyəti qalmışdı, çünki əmin idilər ki, bu

hökumət qoşunlarıdır və əhaliyə qarşı zorakılıq tətbiq etməyəcəklər.

Amma, çox böyük səhv etmişdilər və bu onlara baha başa gəldi.

Ermənilər hücuma başlayan kimi dərhal şəhəri toplardan, pulemyotlar-

dan və tüfənglərdən atəşə tutdular. Xeyli sayda kişi, qadın və uşaqlar

qətlə yetirildi. Küçələrdə tüfənglə atışma gedirdi, küçəyə çıxan və ya