191
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 71
Dindirmə protokolu
1918-ci il. 27 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-siyasının
Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas bəy Bala bəy oğlu Həsənbəyov, 43 yaşlı. Savadlı, Bakı
şəhəri sakini, Çadrovaya və Persidskaya küçələrinin tini, ev. 109
Bakıda barışıq əldə edildikdən sonra, 23 mart 1918-ci il tarixdə
mən 8 nəfərdən ibarət ailəmlə birlikdə Bakıdan Quba şəhərinə qaçdım.
Biz səhər saat 10-da piyada evdən çıxdıq. Cənubi Qafqaz dəmir
yoluna düşərkən şəhərlə Biləcəri arasında tüfənglərlə silahlanmış
10-dan çox erməni əsgəri “dayanın” - deyə qışqıraraq bizə hücum
etdi. Bizimkilərdən bir neçəsi qaçmağa üz qoydu və əsgərlər onlara
tərəf atış açdılar. Mən xəstə adam olduğum üçün qaça bilmədim
və dayandım. Ailəm mənim ətrafıma yığıldı, ağlamağa başladı və
əsgərlərdən məni öldürməməyi xahiş etdi. Mən əsgərlərə dedim ki,
məni öldürə bilərsiniz, çünki mən onsuz da ölüyə tay bir adamam,
amma yenə də ailəmi, yanımda gördüyünüz 8 nəfəri dolandırıram.
Erməni əsgərlər məni öldürmədilər, amma mənim paltomu, papağımı,
kostyumumu, ayaqqabılarımı, oğlumun isə paltosunu və kostyumunu
çıxardılar. Zərxara, ipək qadın paltarları ilə, qızıl, brilyantla dolu səbəti
qarət etdilər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə
əlavə etməyinizi xahiş edirəm. Ermənilər mənim arvadımın arxalığına
tikilmiş 28 000 rubl pulu tapdılar. Qarət olunduqdan sonra biz Xırdalan
istiqamətində irəlilədik, orda olanlar mənə məsləhət gördülər ki,
Sumqayıta tərəf gedim, orada dağıstanlılar var və onlar bizə kömək
edərlər. Yolda mən fayton gördüm və onu Sumqayıta qədər 50 rubla
kirayə etdim. Sumqayıt stansiyasında mən yol yoldaşım Kərim Turab
oğluna rast gəldim, ondan 50 rubl borc aldım və faytonçunun pulunu
ödədim. Sumqayıtdan Xaçmaza qədər bizi yük vaqonlarında apardılar.
Bu, ertəsi gün, 24 martda, axşama yaxın baş vermişdi. Xaçmazdan
Qubaya qədər atlarla getdik. Mən ailəmi Qubada qoyaraq, geriyə,
Bakıya qayıtdım. Qubada qanlı hadisələr mən olmadığım dövrdə,
aprel ayında baş verib.
Bu il may ayının 15-də Bakıda mən Böyük Dəniz küçəsində qubalı




