Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
192
erməni Artyom Avanesovla rastlaşdım. O mənə danışdı ki, Qubada
cəza dəstəsinə rəhbərlik edərək qubalıları nişan verirmiş, məsələn,
Hidayət Şükür oğlunu ermənilərin düşməni kimi göstərib; Artyom
Avanesov danışırdı ki, təəssüf olsun ki, Hidayət özü ələ düşmədi, amma
oğlu Musa ələ keçdi və ermənilər onu öldürdülər, Hidayətin arvadını
isə zorladılar. A. Avanesov deyirdi ki, mən hətta Mirzə Qulunun, sizin
qonşunun evini yandırmaq istəyirdim, amma sizin evinizə də zərər
dəyəcəkdi deyə, yandırmadım. Bu söhbətdən sonra mən bolşeviklərin
qərargahında olan tanış qubalılarla birlikdə Qubaya getdim.
Qubada müsəlmanlara tutulan qanlı divanın bütün təfərrüatlarını
öyrəndim, qəbiristanlığı ziyarət etdim və orada 300-dən artıq yeni
qəbir gördüm. Mənə deyirdilər ki, adamları 4-5, ya 2 nəfəri bir qə-
birdə dəfn ediblər. Cəza dəstəsinə Amazasp başçılıq edib, şəhərdə
isə yanğınlara Artyom Avanesov rəhbərlik edib. Bunu mənə bir çox
şəxslər söyləyiblər. Kərbəlayı Əli Hüseyn, atasının adı yadımda deyil,
Məşədi Nəsir Əli oğlunun qohumu, şəxsən özü mənə danışdı ki, o
qubalı bolşevik Bağırovun eyvanında Artyom Avanesova 600 rubl pul
ödəyib ki, onun Qubanın ikinci məhəlləsindəki evini yandırmasınlar.
Mən ermənilər tərəfdən qarətlərindən maya dəyərinə görə
ümumi məbləği 55 945 rubl, indiki məzənnə ilə 100 03 rubl zərər
çəkmişəm. Əşyaların siyahısını işə əlavə etməyinizi xahiş edirəm.
May ayında Xaçmazdan Qubaya gedən yol boyu mən müsəl-
manların cəsədlərini görmüşəm, onlar çaqqal və digər vəhşi heyvan-
lar tərəfindən gəmirilmiş halda yolun kənarındakı xəndəklərdə atılıb
qalmışdılar. Quba şəhərinin 3-cü hissəsi daş qalağına çevrilib.
Oxundu. İmza. Abbas bəy Həsənbəyov.
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski
43
,
A.Kluqe
44
(imzalar)
ARPİİ SSA, f. 277, s. 2, i. 15, v. 83-84




