209
yoxdur. Bizə vurulmuş ziyanlar haqqında qərarı təqdim edərəm. Əlavə
heç nə deyə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 25
Sənəd № 101
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bala-Əmi Zülfüqar oğlu, 46 yaşlı, Quba qəzası Dəvəçi
nahiyəsinin Siyəzən cəmiyyətinin starşinası, savadsız.
Mən üç kəndin: Nardaran, Qara Siyəzən və Ağ Siyəzən kəndlərinin
daxil olduğu Siyəzən cəmiyyətinin starşinasıyam. Cəmiyyət dəmir yolu-
nun yaxınlığında yerləşən 250 evdən ibarət idi. Təxminən aprel ayının
ortalarında bizim cəmiyyətə Bakıdan gəlmiş silahlı ermənilər basqın
etdilər, bir çox evləri yandıraraq kəndi dağıtdılar, daşınan əmlakın ha-
mısını qarət etdilər darmadağın etdilər və 17 nəfəri öldürdülər. Biz
onlarla atışdığımız üçün atışmada 10 nəfər, mədənlərdə də 10 nəfəri
öldürdülər. Talançılardan heç kəsi tanımıram. Vurulan ziyan haqqında
qərar mənim tərəfimdən təqdim edilmişdir. Əlavə heç nə göstərə
bilmərəm.
Oxundu. İmza.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 47
Sənəd № 104
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri




