Background Image
Previous Page  224 / 324 Next Page
Information
Show Menu
Previous Page 224 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

220

məqsədilə darmadağın ediblər ki, Quba müsəlmanları üsyan etdiyi

təqdirdə onlara kömək etmək iqtidarında olmasın. Mən yaralı Püstəni

şəxsən görmüşəm və onunla söhbət etmişəm, qız yaralandıqdan

12 gün sonra öldü. O mənə danışırdı ki, bir erməni ona deyirmiş ki,

ermənilər müsəlmanlarla ona görə belə amansızlıqla rəftar edir və

onları öldürürlər ki, müsəlmanlar da onlarla belə rəftar edirlər. Mən

dəstəni yaxın məsafədən görməmişəm, dəstədə olanların heç birini

tanımadım və adlarını çəkə bilmərəm. Dəstədə ermənilərdən başqa

rus və yəhudilərin olub-olmadığını deyə bilmərəm. Ermənilər mənim

daşınan əmlakımı, qızılımı oğurlamış, buğda eytiyatını yandırmışlar,

mənə köhnə məzənnə ilə 150 min rubl dəyərində ziyan vurublar. Əlavə

heç nə deyə bilmərəm.

Oxundu. (ərəb hərfləri ilə).

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A.Novatski (imza)

AR DA, f. 1061, s. 1, i. 98, v. 104

Sənəd № 123

Fövqəladə Təhqiqat Komissiyasına

Rus opdusunun podporuçiki

Hacı Baba Əmiraslanovdan

Ərizə

Komissiyaya bəyan edirəm ki, Amazasp başda olmaqla Xudat

stansiyasına gəlmiş erməni cəza dəstəsi tərəfindən Quba qəzası Xudat

stansiyasında yerləşən və şəxsən mənə məxsus olan daşınmaz əmlak

tamamilə yandırılmışdır, o cümlədən: içində 25 vaqon buğda, kənd

təsərrüfatı alətləri və manufaktura malları olan çiy kərpicdən tikilmiş

və dəmirlə örtülmüş çörək anbarı, bundan başqa, çiy kərpicdən tikilmiş

və dəmirlə örtülmüş, içindəki bütün ev avadanlığı və qiymətli xalçalar-

la birlikdə 4-otaqlı evim, ətlə dolu olan ət anbarım da yandırılmışdır.

Ermənilər anbarın gözətçisini, fars-təbəə

47

Niftalı Haşım oğlunu

öldürmüşlər. Yuxarıda göstərilənlərlə mənə iki yüz min (200.000) rubl

ziyan vurulub və mən bunu lazım olan vaxt dərhal sübut edə bilərəm.

Podporuçik Əmiraslanov (imza).

24. ХП.1918-ci il. Quba şəhəri

AR DA, f. 1061, s. 1, iş 97, v. 111