Background Image
Previous Page  221 / 324 Next Page
Information
Show Menu
Previous Page 221 / 324 Next Page
Page Background

217

Sənəd № 115

Dindirmə protokolu

1918-ci il. 20 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-

siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

HəsənƏli-Hüseyn oğlu, 33 yaşlı, Quba qəzası Nügədi kəndinin

sakini, savadsız.

Quba şəhəri talan olunduqdan 15 gün sonra, axşamüstü

mən evdən çıxıb məscidə tərəf yollanarkən hay-küy və qışqırtı səsi

eşitdim. Mənə bir neçə adam qoşuldu. Biz qabağa getdik və öz

həmkəndlilərimizdən bir dəstə ilə rastlaşdıq, onları silahlı ermənilər

aparırdılar. Dəstənin önündə bizim həmkəndlimiz Rəhman gedirdi, o

bizi görəndə qışqırdı ki, qaçın. Biz qaçdıq. Arxamızca atəş açıldı. Mən

sağ qolumdan yaralandım. Elə bu vaxt qışqırtı səsləri gəldi ki, atışmanı

dayandırın. Ermənilər atışmanı saxladılar və dərhal bizim kənddən çıxıb

getdilər. Onlar nügədililəri öldürməmək əmri almışdılar. Bu əmri kim

vermişdi və bu ermənilər haradan gəlmişdilər, bilmirəm və onlardan

heç birinin adını çəkə bilmərəm. Aldığım yara isə mənə işləməyə mane

olur. Daha deməyə sözüm yoxdur.

Oxundu. İmza.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 98, v. 97

Sənəd № 119

Dindirmə protokolu

1918-ci il. 23 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Tac Muxtar oğlu, 58 yaşlı, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi

Amsar cəmiyyətinin starşinası, savadsız.

Mən Quba şəhərinin 3 verstliyində yerləşən Amsar və Əski İqrığ

kəndlərinin daxil olduğu Amsar cəmiyyətinin starşinasıyam. Quba

Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər

Quba qəzası kənd sakinlərinin şahid ifadələri