Background Image
Previous Page  225 / 324 Next Page
Information
Show Menu
Previous Page 225 / 324 Next Page
Page Background

221

Sənəd № 125

Fövqəladə Təhqiqat Komissiyasına

Amsar kəndinin sakini

Əli Bala Oruc Əli oğlundan

Ərizə

(Azərbaycan dilində ərəb hərfləri ilə yazılıb)

Ermənilər tərəfindən mənə 210 000 rubl məbləğində maddi ziyan

vurulmuşdur.

Xaçmaz stansiyası. Ev tikililəri ilə birlikdə (üst mərtəbədə - 17

otaq, alt mərtəbədə - 5 dükan), hamam (24 nömrə), ev avadanlığı.

AR DA, f. 1061, s. 1, iş 97, v. 128

Sənəd № 132

Fövqəladə Təhqiqat Komissiyasına

Bakı quberniyasının Quba qəzası,

Dəvəçi nahiyəsi, Siyəzən kəndinin

sakini Mir Həmdulla Seyid Zəkiyevdən

Ərizə

Bununla Fövqəladə Təhqiqat Komissiyasına yazıb bildirirəm ki,

mart hadisələri zamanı mənim Vladiqafqaz dəmir yolu boyunca Qızıl-

Burun stansiyasında mənə məxsus olan yüz kisə un (100 tay un), altı at,

bir üçatlı araba, bir furqon, altmış yeddi kisə (67 tay) arpa, bir böyük

samovar bütün ləvazimatı ilə birlikdə, dörd xalça, üç dəst yorğan-

döşək və mənim tikintimin yanında olan bütün taxta materialları talan

edilmişdir.

H.Zəkiyev (imza)

19 fevral 1919 –cu il, Bakı şəhəri.

Arayış:

Dindirmə protokoluna görə bütün əmlakın qiyməti – 74.100 rubl.

Komissiyanın üzvü: А.Hacı-Rzayev

48

(imza)

AR DA, f. 1061, s. 1, iş 97, v. 181

Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər

Quba qəzası kənd sakinlərinin şahid ifadələri