219
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 98, v. 102
Sənəd № 121
Dindirmə protokolu
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəybala bəy Qayıbov, 47 yaşlı, Quba qəzası 5-ci Fəthibəy
nahiyəsi Alpan cəmiyyəti Alpan kəndinin mülkədarı, savadlıdır.
Mən Quba şəhərindən 8 verst məsafədə yerləşən 2 kəndin – Alpan
və Digah kəndlərinin daxil olduğu Alpan cəmiyyətinin mülkədarıyam.
Cəmiyyətdə 300-ə yaxın ev var idi. Bu il may ayının 1-də Amazaspın
başçılığı altında yalnız ermənilərdən ibarət cəza dəstəsi Qubaya
gəldi. Ertəsi gün dəstənin 500 nəfərlik bir hissəsi Digah kəndinə
gəldi, digahlıların bolşeviklərdən əldə etdikləri top və pulemyotları
müsəlmanlardan zorla aldılar, mal-qaranı və daşınan əmlakı oğurladılar,
kəndi yandırdılar və çıxıb getdilər. Üçüncü gün onlar Alpan kəndini üç
tərəfdən mühasirəyə aldılar. Sakinlər ermənilərin gəlişinə qədər qaçıb
getmişdilər. Mən də ailəmi göndərmişdim və iki nökərlə qalmışdım.
Ermənilər hücum edərkən mən nökərlərimlə yol açıb keçdim və
çaparaq getdik. Ermənilər bizi təqib edir və atəş açırdılar. Güllələrdən
biri nökərin getdiyi atın yalına dəydi. Mənim arxamca Alpan kəndindən
bir qoca və qarı da çıxdılar, onlar camaatla birlikdə qaça bilməmişdilər.
Ermənilər onların hər ikisini öldürdülər. Onlardan başqa Ermənilər
müxtəlif yerlərdə daha dörd nəfəri də öldürdülər, sonra xeyli sayda
mal-qara, daşınan əmlak oğurladılar, bir neçə evə və həmçinin məscidə
od vurdular. Lakin məscid yanmadı.
Ermənilər bizim kəndimizdə bir qızı – Püstə Məmməd qızını
ayaqlarının altına salaraq elə əzmişdilər ki, qız daha gəzə bilmirdi, çünki
onun ayaqlarını sındırmışdılar. Qızın yanında qalmış anası İmaməni isə
öldürdülər. Quba qəzasının keçmiş komissarı Gelovani mənə deyirdi ki,
ermənilər Digah kəndini ona görə dağıdıblar ki, bir erməni qızı digahlı
bir oğlana vurularaq onunla qaçıb. Alpan kəndini isə onu zəiflətmək
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri




