Background Image
Previous Page  222 / 324 Next Page
Information
Show Menu
Previous Page 222 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

218

şəhərinin talan edilməsindən bir neçə gün sonra oradan böyük silahlı

erməni dəstəsi gəldi və bizim Amsar kəndinə hücum etdi. Biz hamımız

qaçdıq. Ermənilər bizim mal-qaranın oğurlanması və qırılması ilə

qane oldular, ev əşyalarını götürmədilər və yalnız Əli Qurbanın evini

yandırıb getdilər. Bizim həmkəndlilərdən bu dəstə tərəfindən altı nəfər

öldürülmüşdür, amma kənddə deyil, ayrı-ayrı yerlərdə. Öldürülənlərin

arasında qadın və uşaqlar yoxdur. Məscidə toxunmayıblar. Biz

erməniləri yaxın məsafədən görməmişik və onların kim olduğunu bilm-

irik. Dəstənin başçısını da tanımıram. Vurulmuş ziyan haqqında qərarı

təqdim etmişəm.

Əlavə edirəm ki, Soltan Məcid Məmməd oğlunun evindən ev

əşyaları və qızıl oğurlanmışdır. Daha deməyə sözüm yoxdur. Savadsızdır.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: A.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 98, v. 101.

Sənəd № 120

Dindirmə protokolu

1918-ci il. 21 dekabr, Quba şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq

zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ömər Şıx Kərim oğlu, 60 yaşlı, Quba qəzası 5-ci Fəthibəy

nahiyəsi Alpan cəmiyyəti Digah kəndinin sakini.

Bizim Digah kəndi Quba şəhərinin 5 verstliyində yerləşir. Ermənilər

Quba şəhərini ikinci dəfə talan edən zaman, oradan bizim kəndə

əksəriyyəti ermənilərdən və qismən yəhudilərdən ibarət olan böyük

qoşun dəstəsi gəldi. Biz hamımız qaçıb dağılışdıq, yalnız üç qoca və

iki qarı qaldı ki, onları sonradan ermənilər öldürdülər. Ermənilər və

yəhudilər bizim kəndimizi talan etdilər: 2-3 ev istisna olmaqla, bütün

evləri yandırdılar, kənddə cəmi 84 ev vardı, məscidi və Quran kitabını

da yandırdılar, daşınan qiymətli əmlakın hamısı qarət edildi, qalanları

isə istifadəyə yararsız vəziyyətə salındı. Ermənilər bizim kəndi iki dəfə

talan etmişlər: birinci dəfə Qusara gedərkən, ikinci dəfə ordan geri

qayıdarkən. Mən bu dəstədə xeyli Quba yəhudisi gördüm, məsələn,

Daniil Yov oğlunu və başqalarını, onları yalnız üzdən tanıyıram. Tanış

erməniləri isə görmədim və tanımadım. Əlavə heç nə deyə bilmərəm.