Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
244
məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yeli-
zavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında
istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan
Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən
– İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-
cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin
müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə
rəisi. 1916-cı ilin dekabrında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi,
1917-ci ilin yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26
avqust 1918-ci ildə Gəncə Dairə məhkəməsinin Üzvü təyin edilmişdir. 31 avqust
1918-ci il tarixdə AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının
tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yeliza-
vetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq
qruplarında işləmişdir. 19 mart 1919-cu il tarixdə Azərbaycan Hərbi Məhkəməsinin
Hərbi Müstəntiqi təyin edilmişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən
FTK- üzvlüyündən azad edilmişdir. Sovet dövründə Gəncədə və Bakıda vəkilliklə
məşğul olmuş, Ədliyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının
üzvü olmuşdur. Bakıda dövlət müəssisələrində hüquqməsləhətçisi işləmişdir. 1938-ci
il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı,
millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuşdur. Özünü
müqəssir bilməmişdir. 2 iyun 1938-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən
İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25
noyabr 1938-ci il tarixdə Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət
almışdır.
5
Novatski Andrey-Klimentiy Fomiç
– (1866-?), hüquqşünas, saray
müşaviri, milliyətcə polyak, Varşava Universitetini bitirmiş, 1899-1902-ci illərdə
Varşavanın məhkəmə-istintaq orqanlarında işləmiş, 1903-1907-ci illərdə – Bakı
Dairə Məhkəməsinin Şamaxı şöbəsinin Barışdırıcı Hakiminin köməkçisi olmuş,
eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir. 1907-
ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq bölməsinin
rəisi olmuşdur. 1908-1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı məhkəməsində
barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1918-ci ilin fevralında Yelizavetpol dairə
məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC hökumətinin
yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən
işgüzar və fəal üzvlərindən biri olmuş, Şamaxı və Quba qəzalarının talan edilməsi
haqqında cinayət işlərini araşdıran istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər
istintaq qruplarının fəaliyyətində iştirak etmişdir. Azərbaycanın erməni millətçiləri
tərəfindən talana məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların
nəticələri üzrə çıxarılmış qərarların çoxu onun tərəfindən hazırlanmışdır. 1919-cu
ilin aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzv təyin olunmuşdur. 1920-ci ilin
may ayından etibarən Azərbaycan SSR Ədliyyə Xalq Komissarlarının məhkəmə
orqanlarında işləmiş, Y rayonunun Xalq Hakiminin (Ələkbər Xasməmmədovun) ka-
tibi olmuşdur. Sonrakı taleyi məlum deyil.
6
Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu
– (1884- ?), hüquqşünas, kollej
katibi, Petroqrad universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 6 fevral 1912-




