Background Image
Previous Page  249 / 324 Next Page
Information
Show Menu
Previous Page 249 / 324 Next Page
Page Background

245

ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd kimi

başlamış cinayət və mülki bölmələrində çalışmış, 18 mart 1913-cü il tarixdən Qu-

berniya Katibi, 17 oktyabr 1913-cü il tarixdən – Yelizavetpol Dairə Məhkəməsində

məhkəmə vəzifələrinə baş namizəd, həmin ilin noyabrından Yelizavetpol (Gəncə)

şəhəri müstəntiqinin köməkçisi işləmişdir. 1914-1917-ci illərdə müxtəlif vaxtlarda

Yelizavetpol qəzasının 1-ci, 2-ci, 3-cü, 5-ci və Şəhər istintaq nahiyələrinə, habelə

Cəğəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər şöbəsinin Barışdırıcı Ha-

kiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra etmişdir. 1917-ci il dekabrın 11-də

Yelizavetpol Dairə Məhkəməsi Prokurorunun müavini təyin edilmişdir. 31 avqust

1918-ci il tarixdə AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının

birinci heyətinə daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək

öz ərizəsi ilə Komissiya üzvlüyündən azad edilmişdir. 18 yanvar 1919-cu ildən –

Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorunun Köməkçisi, 1919-cu ilin 26

fevralından – Gəncə Dairə Məhkəməsinin Prokuroru olmuşdur. Sonrakı taleyi məlum

deyil.

7

Mixaylov Nikolay Mixayloviç

– (1867-1920), hüquqşünas, mülki müşavir,

milliyətcə rus, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, 1892-1893-cü

illərdə İrəvan Dairə Məhkəməsinin cinayət şöbəsində xidmətə başlamışdır. Son-

radan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı şöbəsində və Bakı

Dairəsinin özündə (1894-1896), Yekaterinodar Dairəsində (1896-1898), Kutaisi

Dairəsində (1898-1899), Novouz qəzasında (1899-1900), Qoridə (1900-1902) Dairə

məhkəmələrinin katibinin köməkçisi və katibi, Barışdırıcı hakim, Müstəntiq, Zemstvo

Rəisi və Köçürülmə Divanxanasının üzvü vəzifələrində çalışmışdır. 12 iyun 1902-ci

il tarixindən Yelizavetpol quberniyasının Əkinçilik və Dövlət Mülkiyyətləri İdarəsi

yanında xüsusi tapşırıqlar məmuru, 5 dekabr 1903-cü ildən – köçürülmə işləri üzrə

Yelizavetpol Quberniya Divanxanasının üzvü, 21 fevral 1908-ci ildən – Yelizavetpol

Dairə Məhkəməsinin Fəxri Barışdırıcı hakimi olmuşdur. 1913-cü ilin fevralında kəndli

məsələləri üzrə Kutaisi Quberniya Divanxanasının üzvü vəzifəsinə keçirilmişdir. 14

oktyabr 1916-cı ildəmüharibə qanunlarına görə Türkiyənin ələ keçirilmiş əyalətlərinin

General Qubernatoru yanında Qara Kilis Dairə rəisinin köməkçisi təyin edilmişdir.

1917-ci il martın 22-dən – Aşin Dairəsi rəisinin köməkçisi, 1917-ci il dekabrın 30-dan

köçürülmə məsələləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü olmuşdur. 17

fevral 1919-cu il tarixdə Bakı Dairə Məhkəməsinin Üzvü təyin edilmiş, 10 iyun 1919-

cu ildən Gəncə Dairə Məhkəməsinə keçirilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC

hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir.

FTK-nın ən işgüzar və fəal üzvlərindən olmuş, Bakı quberniyasının Şamaxı və Göyçay

qəzalarının və Yelizavetpol quberniyası qəzalarının talan edilməsinə dair cinayət

hallarını araşdıran istintaq qruplarına rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında FTK

ləğv edildikdən sonra, Komissiya Sədrindən “Komissiyanın işində göstərdiyi fədakar

və səmərəli fəaliyyətinə görə” təşəkkür almışdır, 25 noyabr 1919-cu ildə Gəncə Dairə

Məhkəməsində öz vəzifəsinə qayıtmışdır. 1920-ci ilin may ayının sonunda Gəncə

üsyanı zamanı öz mənzilində naqafil güllədən həlak olmuşdur.

8

Qudvillo V.V.

– (?-?), Barışdırıcı Hakimlər Qurultayının sədri, Həqiqi Mül-

ki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixdə AXC hökumətinin yaratdığı

Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı – Maliyyə Nazirliyində

Qeydlər