Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
268
Qaraqurdlu
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qasım qışlaq
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda
Quba rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Qərə (Qərəh)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əlixanlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun Məşrif kənd inzibati-ərazi dairəsinə daxildir.
Qiblə-Qrız (Qrız)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Əlik kənd inzibati-ərazi dairəsinə daxildir.
Qımıl-Qışlaq
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Üçqün
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qıraqlı
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonu Çinartala kənd inzibati-vahidinə daxildir.
Qızıl Burun
- Vladikavkaz dəmir yolunda stansiya və Quba qəzasında
eyniadlı kənd, Dəvəçi polis nahiyəsinə daxil idi, talana məruz
qalıb. Sonralar Siyəzən şəhərinə birləşib.
Qobu-qıraqı
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Quba
- şəhər, XV əsrdə yaradılmış, 1735-1810-cu illərdə Quba
xanlığının paytaxtı olmuşdur. 1813-cü ildə Türkmənçay
müqaviləsinə əsasən Rusiyanın tərkibinə keçmiş Quba
xanlığının, Quba əyalətinin, sonradan isə eyni adlı qəza-
nın inzibati mərkəzi olmuşdur. 1846-cı ildən qəza şəhəri
olmuşdur. 1918-ci ilin aprel-may aylarında talana məruz
qalmışdır. 1930-cu ildə Azərbaycan SSR-nin eyni adlı rayo-
nunun inzibati mərkəzi olmuşdur. Hazırda Azərbaycan
Respublikasının eyniadlı rayonunun inzibati mərkəzidir.
Quba qəzası
- keçmiş Quba xanlığının ərazilərində yaranmış, 1806-cı ildə
Rusiyaya tabe edilmiş və Quba əyalətinə çevrilmiş inzibati-
ərazi vahid. 1840-cı ildə yeni yaradılmış Quba qəzası Dərbənd
quberniyasının, 1860-cı ildə isə Bakı quberniyasının tərkibinə
daxil edilmişdir. 1929-cu ildə Sovet hakimiyyəti tərəfindən
ləğv edilən Quba qəzası eyniadlı dairəyə çevrilmiş, 1930-cu
ildə isə 4 rayona bölünmüşdür: Quba - mərkəzi Quba şəhəri,
Qusar - rayon mərkəzi Hil (1934-cü ildən Qusar), Dəvəçi -
rayon mərkəzi Dəvəçi, Xaçmaz - rayon mərkəzi Xaçmaz.




