Fəaliyyət

Aprelin 16-da Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri başlamışdır.Möhtəşəm Kariniano Teatrı qədim və zəngin mədəniyyətə malik italiyalıların qürur mənbəyi sayıla bilər. Turin şəhərinə xüsusi gözəllik verən bu qədim teatr bu dəfə Azərbaycan mədəniyyət...

file1334646364573.jpg

Bakıda keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi üçün inşa olunan “Baku Crystal Hall”ın tikintisi başa çatmışdır. Kompleks müsabiqənin şou tərəfdaşı olan “Brainpoll” şirkətinə təhvil verilmişdir.Bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov aprelin 16-da Bakıdakı “Eurovision” Mərkəzində keçirilən mətbuat konfransında bildirmişdir. Qeyd etmişdir ki, hava şəraiti ilə...

009.JPG

Aprelin 12-də Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva, o cümlədən Fransanın mədəniyyət və...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Sahil qəsəbəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.Bayram tədbirində rayonun Sahil qəsəbəsindəki 9 saylı xüsusi təyinatlı internat məktəbindən və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindən (İB) 120 uşaq iştirak etmişdir...

Martın 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə Sabirabad rayonunda xeyriyyə tədbiri keçirilmişdir.Novruz bayramı münasibətilə təşkil edilmiş mərasimdə şəhid ailələri, Böyük Vətən müharibəsinin veteranları, Qarabağ müharibəsi və Çernobıl əliləri iştirak etmişlər. Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ...