Fəaliyyət

001.JPG

Martın 20-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın...

001.JPG

Martın 20-də Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak edirdilər. Prezident İlham Əliyev, Koişiro Matsuura və Mehriban xanım Əliyeva muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər...

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə Milli Məclisə müraciət etmişdir. Müraciətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondunun ulu öndərin sosial-iqtisadi, mədəni ...

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar. Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı və acılı səhifəsi olan Xocalı faciəsi ...

Fevralın 27-də Parisin ən möhtəşəm otellərindən biri olan “Westin”in “Napoleon” zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dostluq Assosiasiyası Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.Tədbirdən əvvəl iştirakçılar Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını dünya...