Fəaliyyət

01_HEYDAR ALIYEV FONDU-RUSIYA-USHAQLAR-YAY TATILI.JPG

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbində tərbiyə alan uşaqların və onların müəllimlərinin bir qrupu Azərbaycanda səfərdədir. Bu səfər Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Sankt-Peterburq şəhərinə səfəri zamanı qubernator Valentina Matviyenko ilə qarşılıqlı...

Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşmişdir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunmuşdur...

001.JPG

İyunun 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda inşa edilmiş kompyuter-tədris mərkəzinin binası istifadəyə verilmişdir.Tədbirin iştirakçıları əvvəlcə Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoymuş, görkəmli şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.Kompyuter...

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd kompakt disk daxildir...

Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir...