Fəaliyyət

Ağdaş rayonunun Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yeri olan orta məktəb binasının tikintisinə başlanılmışdır.Müasir standartlar səviyyəsində qurulacaq bu tədris ocağını "Azəraqrartikinti" ASC-nin Ağdaş filialı inşa edir.Məktəb binası qarşıdakı dərs ilinədək istifadəyə veriləcəkdir...

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun nümayəndələri iyunun 19-da Gəncə şəhərində və Goranboy rayonunda olmuşlar.Gəncədə 1975-ci ildən fəaliyyət göstərən əqli cəhətdən qüsurlu uşaqlar üçün 45 nömrəli xüsusi məktəb 315 şagirdi əhatə edir. Bunlardan 235 nəfəri evdə məşğul olur. Fondun nümayəndələri məktəbə 5 ədəd əlil arabası, mikroavtobus təqdim etdilər...

1_edit.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 9-da Musa Nağıyev adına təcili yardım xəstəxanasına gedərək, ötən gün metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanlara baş çəkmişdir. Yaralananların hər biri ilə ayrılıqda hal-əhval tutan, vəziyyətləri, müalicələrinin gedişi ilə maraqlanan Fondun...

0.jpg

İyunun 3-də Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA...

1.jpg

İyunun 1-də Heydər Əliyev Fondunda "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı" layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, xüsusi internat məktəbləri və uşaq evlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan...