Xəbərlər

Biləsuvar şəhərinin Meliorator yaşayış sahəsində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsi çərçivəsində smeta dəyəri 240 min manat olan 200 yerlik məktəbin tikintisi başa çatmışdır. Təhsil şöbəsindən bildirmişlər ki, podratçı "Aqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialı inşaat işlərini nəzərdə tutulduğundan bir ay tez yerinə ...

1_edit.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva noyabrın 6-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbdə seçicilərlə görüşmüşdür. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurmadan ...

Prezident İlham Əliyev noyabrın 1-də, Şəmkirə səfərinin sonunda rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbə gəlmişdir. Məktəbin pedaqoji kollektivi Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşıladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı fənn kabinetlərinə, kompyuter və sinif otaqlarına baxdılar, yaradılan şəraitlə tanış oldular...

Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu. Muzeyin direktoru Fəxri Yusibov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi sahəsi 567 kvadratmetr olan ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, inzibati otaqlar və arxiv yerləşmişdir. İkinci mərtəbədə isə iki ekspozisiya salonu ...

Noyabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. 260 yerlik məktəb binasının tikintisinə bu ilin avqustundan başlanmışdır. 30-dan çox yerli sakinin gördüyü inşaat işlərinin növbəti mərhələsi artıq başa çatmaq üzrədir...