Mədəniyyət

_AA19329.jpg

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə fevralın 14-də Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Konfransı açan Strasburq Milli və Universitet Kitabxanasının administratoru Rober Puaro Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini bildirib...

Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarıq. Bu sözləri Roma şəhər bələdiyyəsinin V bölgəsinin başçısı Ciammarko Palmieri İtaliyanın “Roma notizie” xəbər portalında yerləşdirilən müsahibəsində deyib. Müqəddəs Roma katakombalarının apreldən etibarən zəvvarların və turistlərin üzünə açıq...

01_kann-beynalxalq--musiqi-festivali-isfar-sarabski-.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş Əməkdar Artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq festivalında iştirak edib. Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Bariere” otelinin “Diane” salonunda təşkil olunub. İsfar Sarabski konsertdə P.Çaykovskinin...

DSC_1795.jpg

Yanvarın 21-də Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş muzeyin açılışında iştirak edib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış oldu. Muzeydə Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılıb, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılıb...

01_mahsati gancavi.JPG

Yanvarın 21-də Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Oxu zalında ümummilli lider Heydər Əliyevin...