Background Image
Previous Page  140 / 324 Next Page
Information
Show Menu
Previous Page 140 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

136

2)

Adsız küçədə

aşağıdakı evlər yandırılmışdır: müsəlman Oruc

Əli Əhmədovun evi, Şəhər Dumasının yerləşdiyi müsəlman Bəkir

Mehrəliyevin evi, erməni Sona Xanım Ter-Qriqoryanın evi, müsəlman

Səttar Məmmədyarovun evi, müsəlman Məmməd Əli Əliyevin evi,

erməni Ter-Sarkisova məxsus olan Sülh şöbəsinin binası, erməni

Karakoz Telmyarovun evi. Sülh şöbəsinin qarşısında həmin erməniyə

məxsus yandırılmamış ev durur. Şahid Əlibəyovun bildirdiyinə görə,

erməni evləri ermənilərin özləri tərəfindən Quba şəhərindən çıxıb

gedərkən yandırılmışdır.

3)

2-ci adsız küçədə

müsəlman Hidayət Əmirbəyova məxsus ev

yandırılmışdır.

4)

Bazar küçəsində

aşağıda adları çəkilən müsəlmanlara məxsus

olan iyirmi üç (23) ev yandırılmışdır: Qafar Orucov, Əli bəy Zizikski

12

,

Rəcəb Orucov, (evlər) Yusif bəy Abusalambəyov, Yusif İsmayılov,

İsgəndər Abdullayev, Həmid Məmmədov, Müseyib Dadaşov, Abbas

Qulu Cəfərov, Hacı Kərim Orucov, Abdul Xalıq Məmmədov, Məmməd

Əli Məmmədov, Səttar Məhərrəmov, Məmməd Rəhimov, Məmməd Əli

Hüseynov, Hacı Müslüm Bağırov, Ağa Hüseyn Məmmədov, Bədəl Tahi-

rov, Hacı Bala Məmmədyarov, Cəbrayıl Əfəndi Əfəndiyev, Hacı Hüseyn

bəy Xəlilbəyov, Məmməd Tahirov və erməni İsay Arutyunovun evi. Elə

həmin küçədə müsəlmanlara məxsus olan əlavə on bir ev yandırılmışdır:

Əli Abbas Kərimovun, Yusif Hacı Kərim oğlunun, Hacı Hüseyn Qulu

Məmmədovun, Hacı Baba Bağırovun, İsmayıl Hacı Cəfər oğlunun,

Məmməd Tağı Tağıyevin, Məmməd Hüseyn Hüseynovun, Hüseyn Qulu

Sultanovun, Əli Hüseyn Məlikovun, Hacı Mir Kazım Mir Hüseynovun və

dükanları ilə birlikdə Məşədi Abbas Qulu Səmədovun evi.

5)

Kiçik Qəbiristanlıq küçəsində

Molla Sahib Əfəndiyevin evi

yandırılmışdır.

6)

Böyük Qəbiristanlıq küçəsində

müsəlmanlara məxsus olan

evlər və tikililər yandırılmışdır: Hüseyn Qulu Sultanovun evi və taxta

körpüsü, Məşədi Məmməd Kərbəlayı Abutalıb oğlunun, Məşədi Ab-

bas Qulu Səməd oğlunun, İsmayıl Hacı Cəfər oğlunun, Hüseyn Qulu

Sultanovun və Məşədi Baba Məşədi Əhəd oğlunun.

7)

Böyük Şosse və ya Xaçmaz küçəsində

Hacı Məcid Məmmə-

dovun evi yandırılmışdır.

8)

3-cü adsız küçədə

Məmməd Hüseyn Hüseynovun evi yan-

dırılmışdır.

9)

Bazar küçəsində

həmçininHəmidHüseynovunevi yandırılmışdır.