Background Image
Previous Page  147 / 324 Next Page
Information
Show Menu
Previous Page 147 / 324 Next Page
Page Background

143

və ərzaq ehtiyatı ələ keçirmişdilər. Bundan əlavə, Amazaspın dəstəsi

tərəfindən Quba şəhərində İbrahim bəy Şıxlarskiyə, Məşədi Əli Hüsey-

nova, Oruc Əli Əhmədova, Bəkir Mehralıyevə, Səttar Məmmədyarova,

Hidayət Əmirbəyova, Qafar Orucova, Əli bəy Zizikskiyə, Rəcəb Oru-

cova, Yusif bəy Abusalambəyova, İsgəndər Abdullayevə və digərlərinə

məxsus olan yüz beş ev və tikili yandırılmışdır. Həmçinin müsəlman

müəssisələrinin yerləşdiyi evlər də yandırılmışdır. Zərərçəkənlərə

yanğınlardan yüz milyon rubl məbləğində ziyan vurulmuşdur.

Amazaspın dəstəsi Quba şəhərinə gələnədək dəmir yolunun hər

iki tərəfində yolboyu yerləşmiş müsəlman kəndlərinə basqın etmiş,

onları yandırmış, dağıtmış, əmlakını qarət etmiş, qaçmağa macal

tapmamış sakinləri, qadın və uşaqlara rəhm etmədən, qətlə yetirmişlər.

Belə hallar da olmuşdur ki, əhali öz itaətkarlıqlarını bildirmək

üçün ermənilərə ağ bayraqlı elçilər göndərmişlər, lakin ermənilər

onlarla hətta danışığa da getmir, elçiləri güllələyir, onları göndərən

kəndləri isə darmadağın edirdilər. Məsələn, belə bir hadisə Əlixanlı

cəmiyyətindəbaş vermişdir, burada erməni dəstəsi elçi qismindəgəlmiş

starşina Mirzə Məmməd Dadaş oğlunu və Gül Hüseyn Məhərrəm

oğlunu öldürmüşdür. Digər oxşar hadisə Dəvəçi cəmiyyətində baş

vermişdi, burada Dəvəçi Bazar və Qızıl Burun kəndlərinin sakinləri

hörmətli ağsaqqallardan ibarət 15 nəfər elçini duz-çörəklə ermənilərin

qarşısına göndərmişdi. Ermənilər duz-çörəyi qəbul etməmiş və onu

gətirənlərin hamısını qətlə yetirmişlər. Amazaspın dəstəsi qəzəbdən

hətta müsəlmanların dini hisslərinə də hörmət etmirdilər: onlar çoxlu

sayda məscidlərə od vurmuş, müqəddəs Quran kitablarını isə tikə-

tikə cırmış və yandırılmışlar. Müəyyən edilmişdir ki, Quba qəzasında

Amazaspın dəstəsi ümumilikdə 122

16

müsəlman kəndini yandırmış və

darmadağın etmişdir, o cümlədən: Dəvəçi, Sədan, Çarxana, Dərəzarat,

Zağlıcan, Əlixanlı, Eynibulaq, Ərəb Əl Məmməd, Ağasıbəyli, Kolanı,

Ərəb Hamyə, Tuqay, Nardarin, Siyəzən, Rəhimli, Surə, Gülümlər, But-

But, Andreyabad, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçi, Sarvan, Əmirhayım,

Tura, Aygün, Cey, Qiblə-Qrız, Qara-Qurtlu, Karac, Narıncan, Xudat,

Aşağı Buduq, Xaçmaz stansiyası, Yeni Xaçmaz və Köhnə Xaçmaz,

Mürşüd Sübə, Əzizlər, Qaragilli, Nabur, Xasbulat, Bibişi, Babaşlı, Aşalı,

Mehrəli, Bəy-Qışlaq, Canafur-Qışlaq, Küləş-Qışlaq, Yusif-Qışlaq, Quyu-

Qıraği, Dendenik, Mürsəlli-Qışlaq, Çarxı, Xırda Oymaq, Qaraçaylı,

Lanluk oba, Xızrı Fəriz, Ər-Qoç, Qluli, Həsən Əfəndi, Ərəb, Ərəb Sof,

Qara Bağı, Çaxmaqlı, Cağatay, Qazennıye-İlxı, Avaran, Xural, Çiləkir,

Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları

AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri