Background Image
Previous Page  152 / 324 Next Page
Information
Show Menu
Previous Page 152 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

148

ALIR: Yuxarıda adları çəkilən Amazasp, Nikolay, komissar Velunts, Arutyun

Ayrapetov, bərbər Cavad Arutyunov, vətəgə sahibi Avakovun oğlu Ava-

kov, tələbələr Əmircanovlar, tacir Mirzə Əmircanovun qardaşı oğlanları,

Mirzə Əmircanovun özü, meyxana sahibi Melikov, Qriqorinin oğlu Var-

tan, Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Avakov, Vartan Avakov,

Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan

oğlu ilə və Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə, Cəza

haqqında Qanun Məcəlləsinin 13, 129, 922, 927, 1630, 1633, 1634, 1453

və 1507-ci maddələri ilə ittiham edilərək, müqəssir qismində məsuliyyət

cəlb edilsin.

Fövqəladə Təhqiqat Komissiyası Sədri: Ə. Xasməmmədov (imza)

Komissiya üzvləri: Mixaylov, Aleksandroviç

24

, Novatski (imzalar)

Qələmlə qeyd:

Ələkbər Xasməmmədov (vəfat etmişdir)

25

AR DA, f. 1061, s. 1, iş 95, v. 9-10.

Sənəd № 40

Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması

münasibətilə əhaliyə bəxş edilən imtiyazlar haqqında

QANUNdan maddələr

Azərbaycan Parlamenti tərəfindən

9 aprel 1920-ci il tarixdə qəbul edilmişdir

Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması,

Azərbaycan xalqının həyatında zülm və əsarət dövrünə son qoyan,

hüquq və azadlıq prinsiplərinə əsaslanan yeni dövlət quruluşunun

qəti təntənəsi şərəfinə Parlament cinayət törətmiş şəxslərin qismətini

və müxtəlif vergi və rüsum ödəyənlərin vəziyyətini aşağıdakı hallarda

yüngülləşdirməyi qərara alır:

…..

2. Hazırkı qanun qüvvəyə minən günədək milli ədavətdən irəli

gələn məqsədlərlə cinayət əməlləri törətmiş şəxslərin hamısı təqibdən

və cəzadan azad edilsin.

…..

10. Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qaf-

qaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş

zorakılıq hallarının təhqiq olunması üçün 15 iyul 1918-ci il tarixdə