Background Image
Previous Page  148 / 324 Next Page
Information
Show Menu
Previous Page 148 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

144

2-ci Xəzri, Acıaxur, Zubul, Dustahir, Okur, Böyük Muruq, Hican, Qusar,

İmam Qulu, Yuxarı Zuxur, Həsən Qala, Urva, Aşagəlik, Aşağı Ləki-Xəl,

Köhnə Xudat, Avxçik, Zeyxur, Kuzun, Çatkun, Gezun, Əsab, Nügədi,

Amsar, Əski İqrix, Daştı Yataq, Təki, Qamış Qışlaq, Əlibəy-Qışlaq, İqrix,

Anıx, Aşağı Xuç, Alpan, Digəh, Elzik, Mirzə-məmməd-kənd, Üçkün,

Hacı-Qayıb-Qışlaq, Susay, Xuç-Bala, Cim, Buduk, Rustov, Yengi-Kənd,

Tələbi, Çiçi, Saxub, Nudin, Zirqova, Axurça

17

.

Bu kəndlərin talanı zamanı 60 nəfər kişi, qadın və uşaq qətlə

yetirilmiş və 53

18

kişi yaralanmışdır. Amazaspın dəstəsi evləri, tikililəri,

ictimai binaları dağıtmaqla və daşınan əmlakı və mal-qaranı qarət

etməklə, adı çəkilən kəndlərin əhalisinə 58 121 059 rubl

19

məbləğində

zərər vurmuşdur.

Artıq adı çəkilmiş Gelovaninin ifadələrindən görünür ki, Ama-

zaspın dəstəsi Qubaya cəza məqsədilə, digər komissarların xəbəri

və razılığı olmadan, komissar Şaumyanın

20

arzusu ilə göndərilmişdir,

qoşunların seçimi isə o dövrdə hərbi komissar olmuş Korqanov

21

tərə-

findən aparılmışdır, tərkibində yalnız “Daşnaksütün”

22

partiyasına mən-

sub ermənilərin olduğu bu dəstə təxminən iki min nəfərdən ibarət idi,

dəstənin başına məşhur daşnaksakan Amazasp qoyulmuş, dəstənin

komissarı isə Velunts adlı bir şəxs təyin edilmişdir, və bu dəstə “Cəza

dəstəsi” adını almış və siyasi məqsədlər güdməmişdir.

Bu faktı Amazaspın özü qubalılar qarşısında bəyanatında etiraf

edirdi: “Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin

müdafiəçisiyəm. Mən öz Cəza dəstəm ilə buraya (Qubaya) iki

həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün

göndərilmişəm. Mən buraya qayda-qanun yaratmağa və sovet

hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qi-

sas almağa göndərilmişəm. Mənə sizin və türklərin öldürdüyü bi-

zim erməni qardaşlarımıza görə, dənizin (Xəzər) sahillərindən Şah

Dağa qədər (Dağıstanda dağ) bütün müsəlmanları məhv etmək

və Şirvanda (Şamaxıda)

23

olduğu kimi, sizin evlərinizi yerlə yeksan

etmək əmr olunmuşdu, lakin mən sizə rəhm etdim”.

Amazaspın “Cəza dəstəsində” onun özündən, köməkçisi Niko-

laydan və komissar Veluntsdan başqa aşağıda adı çəkilən şəxslər,

Quba şəhərinin sakinləri də var idi və təsvir edilən zorakılıqlarda bun-

lar iştirak etmişdilər: Arutyun Ayrapetov, bərbər Cavad, Arutyunov,

vətəgə sahibi Avakovun oğlu Avakov, tələbələr Əmircanovlar, tacir

Mirzə Əmircanovun qardaşı oğlanları, Mirzə Əmircanovun özü, mey-