141
Sənəd № 37
Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi
və adı çəkilən şəhərin və kəndlərin sakinləri üzərində törədilmiş
zorakılıq əməlləri haqqında
Fövqəladə Təhqiqat Komissiyasının üzvü
Novatskinin həmin Komissiyanın Cənab Sədrinə
Məruzəsi
1918-ci ilin aprel ayında, Bakı şəhəri və Bakı quberniyası bolşe-
viklərin əlində olan zaman, bolşevik hakimiyyətinin nümayəndəsi Da-
vid Gelovani
14
187 nəfərlik silahlı əsgərlərdən ibarət dəstə ilə Quba
şəhərinə gəldi və özünü Quba Qəza Komissarı elan edərək, əhaliyə
dərhal sovetlərin hakimiyyətini tanımağı təklif etdi. Qubalılar bu tələbi
yerinə yetirdilər. Gelovani şəhərdə bolşevik idarəçiliyini tətbiq etməyə
başladı. Quba müsəlmanlarının dinc əhval-ruhiyyəsini görən Gelo-
vani həbsxanada təcrid edilmiş iki yüzədək ermənini, onlara qarşı
müsəlmanlar tərəfindən heç bir təhlükə gözlənilmədiyindən əmin
olaraq azad etdi.
Bir neçə gün sakit keçdi. Birdən, qubalılar üçün gözlənilmədən,
ətraf kəndlərin ləzgiləri dağlar tərəfdən şəhərə yaxınlaşdılar və
Gelovaniyə ya dəstəsi ilə şəhəri tərk etməyi, ya da təslim olmağı təklif
etdilər. Gelovani bu təklifi rədd etdi. Ləzgilər şəhəri atəşə tutmağa
başladılar. Atışma başlandı və bir neçə gün davam etdi. Gelovaninin
köməyinə bir topu və pulemyotları olan əsgər dəstəsi gəldi. Bu köməyə
baxmayaraq, Gelovani şəhərdən getməyə məcbur oldu. Gedərkən o,
əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalini zorla özü
ilə apardı. Ləzgilər geri çəkilənləri təqib edir və güllə atəşinə tutur-
dular. Atışma zamanı Gelovaninin apardığı mülki xristian əhalidən bir
neçə nəfər: ermənilər – Maqak Kasparyan, erməni ruhanisi, Aleksandr
Boqdanov, Duxol Pososov, ruslardan – pravoslav ruhani, əczaçı Qo-
lubçik, aksiz məmuru Polesnıy, meşəbəyi Abrosimov, həkim Mixels və
bir çoxları öldürüldü. Bundan sonra şəhərdə həyat sakitcə öz axını ilə
davam etdi. Gelovanini Qubadan getməyə məcbur etmiş ləzgilərin
silahlı dəstələri öz evlərinə dağılışdılar.
Təsvir edilən hadisələrdən təxminən iki həftə sonra Quba
şəhərinə xəbər çatdı ki, Bakıdan toplarla və pulemyotlarla silahlanmış
Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları
AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri




