Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
146
Quba qəzasının 122 kəndini talan etmiş Amazaspın “Cəza dəstəsinin”
yuxarıda adları çəkilən iştirakçıları: Amazasp, onun köməkçisi Niko-
lay, komissar Venunts, Arutyun Ayrapetov, bərbər Cavad, Avakovlar,
Əmircanovlar və digərləri Cəza haqqında Qanun Məcəlləsinin 13, 129,
927, 1633, 1634, 1453 və 1607-ci maddələrində nəzərdə tutulmuş
cinayətlərdə ittiham edilərək onların haqqında cinayət işi açılsın,
keçmiş komissarlar Şaumyan və Korqanov haqqında isə onların ölümü
ilə əlaqədar olaraq cinayət işi qaldırılmasın.
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 95, v. 5-8
Sənəd № 38
QƏRAR
1919-cu il, Noyabr. Azərbaycan Hökuməti yanında Fövqəladə
Təhqiqat Komissiyası Bakı quberniyasının Quba şəhəri və Quba qəzasının
kəndlərinin talan edilməsi və adları çəkilən şəhər və kəndlərin sakinləri
üzərində zorakılıq halları haqqında işə və adı çəkilən iş üzrə adı çəkilən
Komissiyanın üzvü Novatskinin məruzəsinə baxaraq və nəzərə alaraq
ki, aparılmış təhqiqatın əldə etdiyi sübutlarla – deyilən məruzədə şərh
edilən şahidlər və zərərçəkənlərin: Quba şəhərinin sakinləri şəhər rəisi
Əlibəyovun, Hacı İsmayıl Orucovun, Hacı Hidayət Musayevin, Məşədi
İbad Bağırovun, MəmmədMusa Məmməd Əli oğlunun, Kərbəlayı Abuzər
Məstan oğlunun, Məşədi Hüseyn Qulu Bağırovun, Məşədi Həmidulla
Əliyevin, Şükür Turab oğlunun, Məşədi Molla Yusifin, Hacı Əhməd Əli
Murad oğlunun, Molla Hacı Baba Axundzadənin, Məmməd Əli Kərbəlayı
İrza oğlunun, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlunun, Mir Ələkbər
Mir Məmməd oğlunun, Durna Məşədi Talıb qızının, Kərbəlayı Paşa Turab
oğlunun, İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunun, Zəhra Yusif qızının,
Molla Şıx Hüseyn Axundzadənin, Dəvəçi kəndinin starşinası Şaban Şərkar
oğlunun, Sədan cəmiyyətinin starşinası Dadaş Musa oğlunun, Əlixanlı
cəmiyyətinin starşinası Nəcməddin İsmayıl oğlunun, Tuqay cəmiyyətinin
starşinası Hüseyn Əli bəy Hüseyn bəy oğlunun, Siyəzən cəmiyyətinin
starşinası Bala Əli Zülfüqar oğlunun, Boyat cəmiyyətinin starşinası Cəlal
Məşədi Məmməd Bağır oğlunun, Cey cəmiyyətinin starşinası İsrafil
Məmməd oğlunun, Qiblə Qrız kəndinin məhəllə mollası Molla Seyfəddin
Hidayət oğlunun, Qaraqurdlu cəmiyyətinin starşinası Şeyda Şıxəli




