147
oğlunun, Seyidlər kəndinin sakini Hacı Seyid Abdul Xəlil Hacı Seyid oğlu,
Naracan kəndinin starşinası Xamməd Barat oğlunun, Şollar kənd sakini
Rəsul Xanməmməd oğlunun, Aşağı Buduq kəndinin starşinası Məstan
Nəsir oğlunun, mülkədar Həsənbəy Şıxlarskinin, Susay kənd sakini Ulubəy
Xeyirbəy oğlunun, Avaran cəmiyyətinin starşinası Hacı Şeyda Nəzər
Əli oğlunun, Tarcan kənd sakini İbrahim Zahidovun, Nügədi kəndinin
starşinası Rüstəm Fileydan oğlunun, Möhüç cəmiyyətinin starşinası Riza
Səfər Əli oğlunun, Nügədi kəndinin sakini Həsən Əli Hüseyn oğlunun,
Möhüç kənd sakinləri Murad Rəsul oğlunun, Fitulla Cəfər oğlunun, Amsar
cəmiyyətinin starşinası Tacı Mustafa oğlunun, Digah kənd sakini Ömər Şıx
Kərim oğlunun və Alpan kəndinin mülkədarı Bəy Bala bəy Qayıbovun –
ifadələri ilə, habeləQuba şəhərinə baxış protokolu və zərər çəkmiş kəndlər
tərəfindən tərtib edilmiş aktlarla – ermənilər: Şuşa sakinləri Amazasp,
onun köməkçisi Nikolay, Quba komissarı Veluns, Quba şəhərinin sakinləri
Arutyun Ayrapetov, bərbər Cavad Arutyunov, vətəgə sahibi Avakovun
oğlu Avakov, tələbələr Əmircanovlar, tacir Mirzəcanovun qardaşı oğlu,
tacirMirzəcanovun özü, meyxana sahibi Melikov, Quba şəhərində evi olan
Qriqorinin oğlu Vartan, Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Aru-
tyun, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos
Yaqub oğlu, Babacan oğlu ilə birlikdə və Arutyun Karapet oğlu iki oğlu və
qardaşının oğlu ilə birlikdə aşağıdakı əməllərdə kifayət qədər ifşa olunur-
lar: – müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn
niyyətlərlə öz aralarında və hələlik istintaqa məlum olmayan şəxslərlə
qabaqcadan razılaşmaya əsasən hərəkət edərək müştərək qüvvələrlə
odlu və soyuq silahlarla silahlanmış bir neçə min nəfərdən ibarət qul-
dur dəstəsi yaratmışlar, müsəlman əhalisinin qırılmasını, onun əmlakının
qarət edilməsini və məhv edilməsini qarşılarına məqsəd qoyaraq, 1918-
ci ilin aprel ayı ərəfəsində, Bakı quberniyasının Quba şəhərinə hücum
edərək onu darmadağın etmiş, iki minə yaxın kişi, qadın, və uşaqları qətlə
yetirmiş, şəhər əhalisinin daşınan əmlakını qarət etmiş, şəhərin tikililərinə
od vurmuş, 105-ə yaxın ev və tikilini yandırmışdır, həmin quldur dəstəsi
Qubaya gedən yol boyu yerləşən müsəlman kəndlərinə də basqın etmiş,
bununla da, Quba qəzasında 122 kəndi yandırmış və dağıtmış, sakinlərin
bütün daşınan əmlakını qarət etmiş, qadınlara və uşaqlara rəhm
etmədən, bu kəndlərin sakinlərini qətlə yetirmişdir, və buna görə Cinayət
Prosessual Məcəlləsinin 396-cı maddəsinə, Azərbaycan Respublikası
Hökumətinin 21 mart 1919-cu il tarixli qərarına və Ədliyyə Nazirinin
həmin ilin 25 iyun tarixli və 3066№-li Təkliflərinə əsaslanaraq, – QƏRARA
Fövqəladə Təhqiqat Komissiyasının yazışmaları
AXC və Az.SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri




