Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
142
böyük qoşun dəstəsi Qubaya tərəf gəlir. Sakinlərdən bəziləri, əmlakını
şəhərdə qoyaraq, meşələrə qaçdı, lakin çoxları şəhərdə qaldı, belə
ki, dəstə tərəfindən onları təhlükə gözlədiyini ağıllarına gətirmirdilər.
1918-ci il mayın 1-də məşhur daşnaksakan Amazaspın
15
və onun
köməkçisi Nikolayın başçılıq etdiyi və yalnız ermənilərdən ibarət olan
adı çəkilən dəstə şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyot-
lardan və tüfənglərdən atəşə tutdular. Dəhşətli çaxnaşma və çaşqınlıq
yarandı. Dəstə maneəsiz şəhərə daxil oldu. Şəhərin alınması müsəlman
əhalisinin qırğını və müxtəlif cür zorakılıqlarla müşayiət olunurdu.
Ermənilər küçələrdə qabaqlarına çıxan kişiləri, qadın və uşaqları
amansızlıqla öldürürdülər; evlərə soxularaq bütöv ailələri qırır, südə-
mər körpələrə belə rəhm etmədən onları güllələyir, ya da analarının
qucağında xəncərlə doğrayırdılar. Məsələn, bu yolla qətlə yetirilmişlər:
Kərbəlayı Məmməd Tağı oğlu 14 nəfərdən ibarət ailəsi ilə birlikdə;
Məhəmməd Rəsul oğlu arvadı və uç uşağından ibarət ailəsi ilə birlikdə,
bu zaman onun qarnını yırtmış, uşaqlarının isə başını kəsmişlər; Hacı
Dadaş Bala Qasım oğlu arvadı Məşədi Bibi Xanım və oğlu Abdul
Qasım ilə birlikdə öz evlərində diri-diri yandırılmışlar; Kərbəlayı Abuzər
Məstan oğlunun iki qızı – Hökümə və Büstə analarının qucağında;
Məşədi Qəmbər Molla Məhəmməd Salah oğlu arvadı və bir neçə
azyaşlı uşağı ilə birlikdə xəncərlə doğranmışlar.
Bundan başqa, Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram
oğlu, Rəsul Kazım oğlu, Əbdül Tuluqçu oğlu ilə birlikdə, Məşədi Musa
Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır
oğlu, Cabbar Məmməd Əli oğlu, Sahibə, Səfər Əli Məşədi Talıb oğlu,
Məşədi Musa Zeynal oğlu və digərləri qətlə yetirilmişlər. Həmçinin
işgəncə və təhqir halları da olmuşdur: məsələn, əsgərlər hörmətli
ağsaqqallara onlar üçün müsəlman qadınların gətirilməsini əmr
edirdilər. Belə əmrləri yerinə yetirilməkdən imtina etdiyinə görə Əli
Paşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu qətlə yetirilmişdi, özü
də, əvvəlcə oğulun gözlərini çıxararaq, sifətini və qarnını deşərək
atasının gözü qarşısında süngülərlə doğramışdılar. Ümumən, iki minə
yaxın kişi, qadın və uşaq qətlə yetirilmişdir. Ermənilər, adları qohumları
tərəfindən gizlədilən yüzə yaxın müsəlman qadın və qızları zorlamışlar.
Müsəlmanların əmlakı qarət edilirdi. İctimai xadimlərin hesabla-
malarına görə, Quba şəhərində Amazaspın dəstəsi tərəfindən dördmil-
yon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları
və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar




