Background Image
Previous Page  21 / 324 Next Page
Information
Show Menu
Previous Page 21 / 324 Next Page
Page Background

17

saray əyanlarının və yerli feodalların sui-qəsdi nəticəsində öldürüldü, lakin

onun ölümü Azərbaycan xanlıqları üçün İran tərəfdən olan təhlükəni aradan

qaldırmadı. İranın yeni şahı – Fətəli xan yenidən Qafqaz hökmdarlarının

itaətkarlığına nail olmağa çalışdı.

Həmin bu vaxtlar hiss olunacaq dərəcədə güclənmiş Rusiya regio-

nun istilasının ikinci mərhələsinə başladı. Bu işdə əsas istinad vasitəsi kimi

yerli xristianlara, ilk növbədə özlərinin dövlət quruluşu olmayan və rusları

öz himayədarları kimi görən ermənilərə ümid edilirdi. Qeyd edilməlidir ki,

Rusiya hökumətinin Azərbaycana dair hələ olduqca ehtiyatlı siyasət apardığı

həmin dövrdə bir çox Azərbaycan xanları özləri üçün daha böyük təhlükəni

Türkiyədə, və xüsusilə də İranda görürdülər. Rusiya imkan dairəsində,

Azərbaycan xanlıqlarını işğal etməyə yox, daha çox onları müqavilələr bağla-

maq yolu ilə özündən asılı hakimlərə çevirməyə çalışırdı, bu zaman xanlar

da daxili işlərində hədsiz hakimiyyətə malik olaraq qalırdılar. Məsələn, Quba

xanlığı ilə Rusiya hökuməti arasında artıq yaranmış münasibətlərdən irəli

gələrək, 1802-ci ildə Georgi müqaviləsi bağlanmışdı ki, bumüqaviləyə əsasən

Şeyxəli xan Quba və Dərbənd xanlıqlarının idarəçiliyinə təhkim olunmuş və

bu xanlıqların Rusiyanın tabeçiliyinə keçməsi rəsmiləşdirilmişdi. Lakin, çox

keçmədən rus qoşunlarının yürüşü istila xarakteri almağa başladı. 1801-ci

ildə Rusiya imperiyası tərəfindən Şərqi Gürcüstan ələ keçirildi. Gürcülərdən

asılı vəziyyətdə olan Qazax və Şəmşədil xanlıqları da Rusiyanın nüfuzu altına

düşdülər.

1803-cü ildə rus qoşunları Car-Balakən camaatını zəbt etdilər. 1804-

cü ilin əvvəllərində sayca böyük üstünlük təşkil edən rus qoşunları başda

Cavad xan və oğlu olmaqla fədakarcasına müqavimət göstərən Gəncə

müdafiəçilərini qan içində boğaraq şəhəri ələ keçirdilər. Gəncə xanlığı ləğv

edildi, Gəncə şəhərinin adı isə dəyişdirilərək Yelizavetpol ilə əvəz olundu.

Gəncə xanlığı ilə birlikdə Samux sultanlığı da rus qoşunları tərəfindən tabe

edildi.

Rusiya imperiyasının işğalçı uğurları İranı narahat etməyə bilməzdi

və 1804-cü ilin iyununda bu iki dövlət arasında müharibə başladı. İran

qoşunları Qarabağa soxuldular, lakin burada İbrahim Xəlil xanın ordu-

su tərəfindən darmadağın edildilər. Bu hadisənin İran şahı tərəfindən

bağışlanmayacağını bilən İbrahim Xəlil xan 1805-ci il mayın 14-də Qarabağ

xanlığı üzərində Rusiyanın protektoratının tanınması haqqında rus generalı

Sisianovla müqavilə bağladı. Şəki xanı Səlim xan da Rusiyanın protektoratını

qəbul etdi. Rusiya imperatorunun hakimiyyəti Qarabağ və Şəki xanları

tərəfindən tanındıqdan sonra İran ordusu bir daha Qarabağa soxuldu, la-

kin Şuşanı və Gəncəni ələ keçirə bilməyərək, Tiflis üzərinə hərəkət etdi.

Bu zaman Sisianov Azərbaycan xanlıqlarını istila etməkdə davam edirdi və

Şamaxı xanlığı alındıqdan sonra rus qoşunları dənizdən və qurudan Bakıya

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi